CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alimlər uşaqlara bu qidaları verdilər və ilginc nəticələr əldə etdilər

© Photo : www.understood.orgKitab oxuyan uşaq. Arxiv şəkli
Kitab oxuyan uşaq. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaqların yaxşı qavramasını və intizamlı olmasını istəyirsizsə, bunu mütləq edin.

BAKI, 17 sen-Sputnik. Avropanın Mikrobioloji Araşdırmalar Mərkəzinin mütəxəssisləri düzgün seçilmiş qida rasionu və sağlam həyat tərzinin uşaqlara oxumağı öyrənməkdə kömək etdiyini düşünürlər.

Sputnik "Vistanews"a istinadla xəbər verir ki, Mərkəzin apardığı tədqiqatlarda iki qrup olmaqla 300 uşaq iştirak edib. Birinci qrupdakı uşaqlara yalnız orqanik və sağlam qidalar verilib.

Bu uşaqlar digər qrupdakı qeyri-orqanik və sintetik qidalarla qidalandırılmış uşaqlardan əksər keyfiyyətlərinə görə fərqləniblər. Birincilər gündəlik nizam-intizama son dərəcə riayət ediblər, fəal kitab oxuyublar. Onların qida rasionu meyvə, giləmeyvə, tərəvəz, balıq, taxıl, doymamış yağlar və az miqdarda qırmızı ətdən ibarət olub.

Araşdırmaların sonunda beyni aktivləşdirən neyronların işləməsində proteinin mühüm rol oynadığı məlum olub ki, bu da informasiyanın daha tez qavranmasına kömək edir.

Alimlər bu tədqiqatın nəticəsi olaraq, uşaqları sağlam təbii qidalarla bəsləməyi tövsiyə ediblər.

Xəbər lenti
0