BAKI, 27 sen-Sputnik. Britaniyanın Staffordşir universitetinin alimləri bəyan ediblər ki, hətta 5 dəqiqə televizora baxmaq uşaqların yaradıcılıq qabiliyyətlərinə neqativ təsir göstərir.
Buna görə də, mütəxəssislər qeyd edirlər ki, uşaqlaın yaradıcılıq potensialları tədricən bərpa olunur. Lakin "mavi ekran" qarşısında azacıq da olsa oturmaq, uşaqların yaradıcılıq qabiliyyətilərinə çox ciddi təsir göstərir.
Sputnik xarici mediaya istinadla xəbər verir ki, araşdırma müəlliflərinin sözlərinə görə, yaradıcı potensialın inkişafı üçün uşaqları məşğələlərlə əyləndirmək lazımdır. Bu, onların təsəvvürünün və məntiqinin inkafına dəstək verəcək. Erkən yaşlardan başlayaraq uşaqlar şəkil çəkməyi, gil və plastilindən müxtəlif şeylər düzəltməyi bacarırlar.
Uşaqlıqdan vaxtının çoxunu məşğələlərdə keçirən uşaqların düşüncələri inkişaf edir və onlar böyüdükcə daha çox uğurlar qazanırlar. Bu, onlara müxtəlif yaradıcı tapşırıqların öhdəsindən təkcə məktəbdə deyil, iş həyatında da asanlıqla gəlməyə kömək edir. İllər keçdikcə, onların yaradıcı təfəkkürü inkişaf edir, yaradıcılıq sahələri genişlənir və onlar uğurlu insanlara çevrilirlər.
Qeyd edək ki, son illərdə uşaqların digər əyləncəli məşğuliyyəti kompüter və smart telefonlar olub. Texnika uşaqları böyüklərə nisbətən daha çox cəlb edir və bəzən uşaqlar saatlarla kompüter və telefondakı maraqlı oyunlardan, əyləncəli proqramlardan ayrıla bilmirlər. Bu isə uşağın özünə qapanmasına, ətrafla təmaslardan çəkinməsinə gətirib çıxarır. Nəticədə biz gələcək üçün heç bir ideyası və yaradıcı təfəkkürü olmayan, yaddaşı korlanmış nəsil yetişdirmiş oluruq.
Britaniya alimlərinin dediyi kimi, "əgər sizə 21-ci əsrin zombilərini yaratmaq lazımdırsa, onda uşaqlarınızı mümkün qədər ətraf mühitdən ayırın və imkan verin vaxtlarının çoxunu kompüter qarşısında keçirsinlər."
Microsoft şirkətinin qurucularından biri Bill Qeyts isə illər əvvəl bildirmişdi ki, onun evində kompüter yoxdur, çünki uşaqlarına kompüterə yaxın getməyi qadağan edib və xəstələnmələrini istəmir.