CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Standart düşüncələr paketi

© Photo : pikabu.ruDüşünən insan
Düşünən insan - Sputnik Azərbaycan
Abunə olmaq
Nə qədər ideal ailəyə sahib olsan, nə qədər mükəmməl kollektivdə çalışsan, nə qədər hüzurlu bir cəmiyyətdə yaşasan belə, sən orda anlaşılmazsan, yadsan...

BAKI, 29 sen — Sputnik. Deyir ki, Məhərrəmlikdə belə-belə danış, belə-belə daşın, belə-belə düşün. Belə-belə danışmaq mümkündür, ya da heç danışmamaq.

Bakının Nizami küçəsi - Sputnik Azərbaycan
TƏHLİL
Ən pis variant

Belə-belə daşınmaq da mümkünsüz deyil. Uzağı yük taksisi çağırarıq. Ki, onlar da elə-belə daşımazlar, "belə-belə"nin qaydalarını gözəl bilirlər.

Amma belə-belə düşünmək… bir az zordur. Elə, ya belə düşünməyi kontrol edəcək bir cihazın mövcud olduğunu düşünməyə də dəyməz. Hələ belə üstünlüyə "kitaylar" belə, çatmayıblar.

Dindar deyiləm, belə olacağımı zənn etməyə belə, zamanım və səbrim yoxdur. Sadəcə belə bir həqiqət bilirəm ki, "iç monoloq" və "iç dialoq" deyə həqiqət var. O həqiqət ki, ətrafında kimsə səni duymayanda, duyub da dinləməyəndə, dinləyib də inanmayanda… Ona qaçırsan.

O həqiqət ki, illərlə Ondan üz çevirsən belə, sadəcə Ona döndüyün anı gözləyir. O qədər gözləyir ki, qovuşduğunuz an ikiniz də ağlayırsınız, hönkürürsünüz, göz yaşlarınızı bir-birinizin yaxanızda qurudursunuz.

Hamının səni satdığı, itirdiyi, bağışlamadığı, qəbul etmədiyi günü gözləyir O. Belə olmasını istədiyindən deyil, belə olacağını bildiyindən və səni sevdiyindən dolayı belədir O.

Bilir ki, nə qədər ideal ailəyə sahib olsan, nə qədər mükəmməl kollektivdə çalışsan, nə qədər hüzurlu bir cəmiyyətdə yaşasan belə, sən orda anlaşılmazsan, yadsan… Və sənin dönəcəyini bilir O.

Belə-belə düşünmək mümkünsüz… Bu, elə-belə pıçıltıdan daha ağır, daha səsli. Çünki səssizliyində Onunla muhattab olursan, onun meydançasına girirsən. Ki, orada oyuna Onun qaydaları hakimdir.

İçində üzdüyün dünyada boğularkən, əsirin olan (əsiri olduğun) maddiyyətdən yorularkən, keşik çəkdiyin zirvələrdən yıxılarkən belə, O gələr. Ya da sən Ona gedərsən. Fərq etməz — O, yenə səni ağuşuna alar, bağrına basar, dərdini dinlər, həmdərdin olar.

Şahmat lövhəsində fiqurların düzülüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəzası ölümdən betər olan günah

"Belə-belə dua edin" deyirlər. Belə-belə dua edin — içinizdəki O ilə belə-belə danışın, onu deyin, bunu deməyin, onu diləyin, bunu diləməyin… İç dialoqunuz və iç monoloqunuz da hansısa standartlara uyğun olsun yəni.

Özləri də bunu dedikdən (vəzifə borclarını yerinə yetirdikdən) sonra içlərinə dönürlər. Daxili hesabat verirlərmi — demək çətindir, amma dönürlər.

Onları da orada biri gözləyir: həsrətlə, nisgillə, şəfqətlə. Bütün günü Onu inkar etmələrinə, onun-bunun iç dünyasına rəng verməyə çalışmalarına rəğmən, O, yenə də onları qarşılayır və onların gözlərinin içinə baxıb ağlayır.

Belə-belə işlər, dostlar…

Xəbər lenti
0