Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ən pis variant

© Sputnik / Murad OrujovBakının Nizami küçəsi
Bakının Nizami küçəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Cəmiyyətdə hər kəs bir-birinə kin-küdurət püskürür. Bir-birimizdən kiminsə və ya nəyinsə intiqamını alırıq. Didirik, parçalayırıq, təhqir edirik...

BAKI, 28 iyul — Sputnik. O, səhər erkəndən yuxudan oyanır. Yuyunmağa başlamazdan əvvəl internetdən həzin bir musiqi seçir və səhər yeməyi də daxil olmaqla, təxminən yarım saatını bu rahatladıcı musiqi sədası altında keçirir. Ayrıca, əhvalı yüksəldəcək bir televiziya proqramı izləməyə də vaxt tapır.

Adamlar - Sputnik Azərbaycan
YAZARLAR
Heyif deyil bizim millət?!

Topladığı müsbət auranı özü ilə evdən bayıra — cəmiyyətə çıxarır. Qarşısına çıxan hər kəsə təbəssüm edir. İşə çatanadək bütün yolboyu rastlaşdığı insanlara müsbət enerji bəxş edir, eyni cür də qarşılıq görür.

Bu yüksək əhval-ruhiyyə ilə başlayan gün ta axşamadək onu müşayət edir. İş prosesi, nahar fasiləsi və işdən sonrakı əyləncə — hər şey onun (həm də ətrafındakıların) ürəyincə olur. Yaşamaq necə də gözəldir…

Haqqında bəhs etdiyimiz şəxs konkret biri deyil, normal cəmiyyətlərdə normal yaşam tərzi keçirən hər kəsin ümumləşdirilmiş obrazıdır. Bizim üçün qeyri-adi, hətta ağılasığmaz görünsə də, normal insan, ən azı belə yaşamalıdır.

Çünki hər şey ilk andan başlayır. Sənin bütün günün, hətta bütöv həftən səhər qazandığın və cəmiyyətə bəxş etdiyin enerjiyə bağlıdır. Ya hansısa isveçli kimi günə gözəl başlayıb, gözəl başa vuracaqsan və eyni yaşam tərzi sürən ailənlə, həmşəhərlərinlə, həmvətənlərinlə birgə misilsiz bir cəmiyyət quracaqsan. Ya da, özündən başlayaraq bütün cəmiyyəti ağuşuna alan ağır stress, əsəb və mənfi auranın içərisində çabalayaqsan. Biz ən pis variantı seçdik.

Və hər gün onun altını çəkirik: Yuxudan ayılıb hansısa ailə üzvümüzlə dartışarkən, evdən çıxdığımızda hansısa qonşunun balkondan atdığı zibilin altında qalarkən, küçədə sürücülər arasındakı söyüş-qalmaqalın şahidi olarkən, işdə işini deyil, məişət qayğılarını düşünərkən, bu qayğıların yükünü iş yoldaşınla intriqa apararaq boşaldarkən, gecikən və ya kəsilən maaşın acığını oğul-qızdan çıxarkən…

Bunun nəticəsidir ki, hazırda ölkəmizdə gizli, yaxud aşkar şəkildə əsəb xəstəliyindən əziyyət çəkməyən bir Allahın qulu tapa bilməzsən. Cəmiyyətdə hər kəs bir-birinə kin-küdurət püskürür. Bir-birimizdən kiminsə və ya nəyinsə intiqamını alırıq. Didirik, parçalayırıq, təhqir edirik…

Yaşlı insanlar. Arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu ölkədə 65 yaşı keçənləri cəza gözləyir

Bu arada, Sputnik-də bir xəbər diqqətimi çəkdi. Deməli, Kanadanın Qərbi Ontario Universitetindən olan alimlər apardıqları araşdırmalar nəticəsində müəyyən ediblər ki, Avropa porsuğu kimi xırda ətyeyən heyvanların çoxu, insanlardan daha çox qorxurlar, nəinki ayılardan, canavarlardan və digər iri yırtıcılardan.

Tədqiqatçılar təsdiqləyiblər ki, hazırda insanlar tez-tez kiçik yırtıcıları öldürürlər. Odur ki, insan xırda yırtıcıların tipik düşmənlərindən daha təhlükəlidir. Alimlərin eksperimentlərinin nəticələrinə görə, tülkü, yenot və porsuq kimi xırda yırtıcılarda, dominant olduqları yerdə yaranan insan qorxusu, hətta onları ev şəraitində əhliləşdirməyə belə, imkan vermir.

Tədqiqatlar Böyük Britaniyada, Oksfordun şəhərkənarı meşəliklərində aparılıb. Alimlər burada Avropa porsuqlarını müşahidə ediblər və onların olduğu yerlərdə müxtəlif iri yırtıcıların və insanların səs yazısını səsləndiriblər. Sonra alimlər görüblər ki, heyvanlar daha çox insan səsindən qorxublar. Porsuqlar insan səsi eşidən kimi öz yeməklərini qoyub qaçıb.

Alimlər eksperimentdə bir məsələnin vacibliyinə diqqət yetiriblər ki, insanlar ekosistemdəki proseslərə əvvəllər hesab edildiyindən daha ciddi xələl gətirirlər. İri yırtıcılar qarşısında "qorxunun itməsi" təbii sistemin çox vacib funksiyasının itməsi deməkdir. Bu isə yaxın zamanlarda ekosistemdə arzuolunmaz dəyişikliklərə gətirib çıxara bilər. "İnsanlar ekosistemə fəlakət gətirirlər" — Ontario Universiteti alimlərinin gəldiyi yekun qənaət belədir.

Hələ söhbət Avropa insanından gedir. Gör, indi məmləkətimizin heyvanları bizim əlimizdən nələr çəkir…

Xəbər lenti
0