Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Rəqib ilk raundda qabırğamı əzdi"

© Photo : Rustem FarmanFuad Zeynalov, kikboks üzrə dünya və avropa çempionu
Fuad Zeynalov, kikboks üzrə dünya və avropa çempionu - Sputnik Azərbaycan
Abunə olmaq
Fuad Zeynalov: "O, cavan olsa da, perspektivli idmançıdır, zərbələri dəqiq və ağır idi, ona görə də çalışdım ki, döyüşü tez başa vurum"

BAKI, 26 sen — Sputnik. Dünən Bakıda kikboks idman növünün K1 növü üzrə mötəbər yarış təşkil olunub. Yarışda Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan, Türkiyə, Almaniya, Hollandiya, İran, İtaliya və Rusiya komandaları iştirak edib.

Sabahi Şəriəti - Sputnik Azərbaycan
İDMAN
"Rəqib çox güclü idi, amma mən başqa taktika seçdim"

Yarışda Azərbaycan komandası uğurla çıxış edib. 87 kq çəkidə döyüşən və Gürcüstan idmançısı Georgiya Gemadzeni məğlub edən Fuad Zeynalov qələbə təəssüratlarını Sputnik-lə bölüşüb.

"Hakim Hacıyevin rəhbərliyi altında Dinamo İdman Cəmiyyətində yarışa məsuliyyətlə hazırlaşmışdım. Bu yarışda qalib gəlməyim mənim döyüşçü olduğumu sübut etdi. Rəqibim cavan olsa da, perspektivli idmançıdır, zərbələri dəqiq və ağır idi, ona görə də çalışdım ki, döyüşü tez başa vurum", — F. Zeynalov bildirib.

O, rəqibini belə təsvir edib: "Ayaq və diz zərbələri hədsiz güclü idi, qabırğamı elə ilk raundun başlanğıcında əzdi. Mən də onu əl zərbələri ilə əzib sıradan çıxardım ki, döyüşü qələbə ilə başa vurdum".

İdmançı uğuruna çox sevindiyini və sevincini ailəsi ilə bölüşdüyünü dilə gətirib: "Hədsiz dərəcədə çox sevinirdim. Evə gəldim və məni anam sevinc göz yaşları ilə qarşıladı. Anam mənim zədə almamağım üçün döyüşməməyimi istəyir. Dünən aldığım zədələri gizlədərək hər şeyin yaxşı olduğunu bildirdim ki, anam narahat olmasın. Əslində nə yeriyə bilirdim, nə də nəfəs ala bilirdim".

Çempion qələbəsini anasına və anasının adını daşıyan balaca qızına həsr edib. O, həmçinin oktyabrın 25-30-da İtaliyada keçiriləcək Dünya çempionatına hazırlaşdığını bildirib.

Xəbər lenti
0