Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Rəqib çox güclü idi, amma mən başqa taktika seçdim"

Sabahi Şəriəti
Sabahi Şəriəti - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah Şəriəti: "Ötən Avropa çempionatında bu idmançıya məğlub olmuşdum"

BAKI, 16 avq — Sputnik. "Olimpiya medalı almağıma və Azərbaycan bayrağını qaldırmağıma çox şad oldum". Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu sözləri 130 kq. çəki dərəcəsində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan, Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti deyib.

Son təsəlliverici görüşdə almaniyalı Eduard Popp üzərində təmiz qələbə qazanan iranlı legioner bunu üç illik əziyyətinin bəhrəsi kimi qiymətləndirib: "3 il ərzində gərgin məşq prosesi keçdim. Bütün məşqçilərə, federasiya və nazirliyə, zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Rəqib çox güclü idi. Ötən Avropa çempionatında bu idmançıya məğlub olmuşdum, lakin burada məşqçilərin köməkliyi ilə başqa taktika ilə güləşdim və qalib gəldim".

Xəbər lenti
0