Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Millimiz liderlərdən cəmi 1 xal geri qalır"

© Photo : social page of Gülnar Məmmədova Gülnar Məmmədova
Gülnar Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq
Gülnar Məmmədova: "Heç-heçə ilə razılaşmaq olardı. Rəqib çox güclü olduğundan bərabərlik qənaətbəxş nəticə hesab ediləcəkdi. Ancaq Zeynəb uduzduqdan sonra anlayırdım ki, mütləq qələbə qazanmalıyam"

BAKI, 9 sen — Sputnik. Bakıda keçirilən 42-ci Şahmat Olimpiadasının altıncı turunda qadınlardan ibarət əsas millimiz güclü Gürcüstan yığması ilə xalları yarı bölüb — 2:2. Qələbəyə bərabər heç-heçənin qazanılmasında üçüncü lövhədə yarışan Gülnar Məmmədovanın böyük rolu olub. Sputnik, Nino Batsiaşvilini məğlub edən xanım şahmatçımızın müsahibəsini təqdim edir:

Bakı Şahmat Olimpiadası - Sputnik Azərbaycan
İDMAN
Bakı Şahmat Olimpiadasında üçüncü tur başlayıb

- Olimpiadanın VI turunda Nino Batsiaşvilini məğlub etdiniz. Daha əvvəl bu şahmatçı ilə qarşılaşmışdınız?

— Daha əvvəl 5 dəfə qarşılaşmışdıq. Bu, 6-cı görüşümüz idi. 5 görüşdən 3-də mən, 1-də rəqib qələbə qazanıb. Yenidən Batsiaşvilidən üstün oldum. Qələbə qazandığım üçün çox şadam. Lakin yenə də rəqibin çox güclü şahmatçı olduğunu deməliyəm.

- Aranızdakı oyunların ümumi nəticəsini nəzərə alsaq, görüşdən öncə psixoloji üstünlüyün sizin tərəfinizdə olduğunu söyləmək mümkündür?

— Belə demək olar. Həm də rəqibim buna qədər olimpiadada keçirdiyi 5 görüşün hamısında qələbə qazanmışdı. Düşünürdüm ki, 6-cı görüşündə uduzacaq. Bu məqam mənə inam verirdi.

- Rəqib sizdən reytinqdə 170 xal öndə idi. Bunu nəzərə alaraq, hücum taktikası seçmişdiniz?

— Debüt bərabər alındı. Ancaq sonradan oyunun gedişatı qarışdı. Ardınca üstünlük əldə etdim. Həm də rəqibin vaxtının azlığından faydalandım.

- Neçənci gedişdən sonra qələbə qazanacağınıza əmin oldunuz?

— 50-55-ci gedişdə. Daha əvvəl qələbə qazanacağım hiss olunmurdu. Sona yaxın istəyimə çatdım.

- Birinci lövhədə mübarizə aparan komanda yoldaşınız Zeynəb Məmmədyarova uduzana qədər yəqin ki, daha çox heç-heçə barədə düşünürdünüz…

— Əvvəldən məqsədim qələbə qazanmaq idi. Lakin heç-heçə ilə də razılaşmaq olardı. Rəqib çox güclü olduğundan bərabərlik qənaətbəxş nəticə hesab ediləcəkdi. Ancaq Zeynəb uduzduqdan sonra anlayırdım ki, mütləq qələbə qazanmalıyam.

Zurab Azmayparaşvili - Sputnik Azərbaycan
İDMAN
"Azərbaycanın ev sahibliyi etdiyi olimpiada indiyə qədərki yarışların ən yaxşısıdır"

- Geridə qalan müddətdə olimpiadadakı çıxışınızı necə dəyərləndirə bilərsiniz?

— 5 oyundan sonra 4 xalım var. 3 görüşdə qələbə qazanmışam, 2 dəfə heç-heçə etmişəm. Çıxışımdan çox razıyam.

- 6 turdan sonra 6-cı pillədə qərarlaşmısınız. Millimiz liderlərdən cəmi 1 xal geri qalır ki, bu nəticə çoxları üçün xoş sürprizdir. Artıq medal barədə düşünmək olar?

— Biz əvvəldən ilk "10-luq"a oynayırdıq. Amma yenə də hər bir idmançı bütün görüşlərdə qələbə qazanmaq istəyir. Adamın gözü həmişə ilk "üçlük"də olur. Məncə qarşıdakı 2-3 turda da yaxşı oynasaq, medal qazanmağımız mümkündür. Yavaş-yavaş medallar haqda düşünmək olar.

- Çempionluq mübarizəsində favoritlər kimlərdir?

— Ukrayna, Rusiya və Çin milliləri.

Xəbər lenti
0