BAKI, 4 sen — Sputnik. Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında üçüncü tura start verilib.
Bu barədə Sputnik Olimpiadanın mətbuat xidmətinə istinadən xəbər verir.
Azərbaycanın kişilərdən ibarət əsas millisi Macarıstan, ikinci yığmamız Hindistan, üçüncü komandamız Livan şahmatçıları ilə yarışır. Qadınlardan ibarət komandalarımızın rəqibləri Polşa, Almaniya və Qırğızıstan şahmatçılarıdır.
Xatırladaq ki, iki turdan sonra hesabında 4 xal olan kişilərdən ibarət birinci komandamız Rusiya və Polşa ilə 1-3-cü yerləri bölüşür. Qadınların mübarizəsində Çin, Rusiya və Litva 4 xalla liderlər sırasındadır. Qadınlardan ibarət əsas komandamız isə turnir cədvəlinin 19-cu pilləsində yer alır.