Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Klassik siyasətin iflası

© SputnikSiyasi müxalifət
Siyasi müxalifət - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda postsovet məkanında "işlənmiş" fiqurlar liberal ideyaları gözdən salırlar. Sonra əks əlaqə başlayır - liberal ideyalar öz daşıyıcılarına fayda gətirmək qabiliyyətini itirir və cəmiyyət əks ideyalara maraq göstərməyə başlayır.

BAKI, 7 sen — Sputnik. Azərbaycanın siyasi spektirində bir durğunluq hökm sürsə də, aparıcı partiyalarda mərkəzdənqaçma tendensiyaları baş verir. Əslində, bir az geniş bucaqdan baxanda, analoji siyasi mənzərəni postsovet məkanındakı ölkələrin əksəriyyətində görmək mümkündür. MDB məkanında klassik siyasətçilər məğlubiyyətə uğrayırlar.

İŞİD-ə qoşulan qadınlar - Sputnik Azərbaycan
TƏHLİL
Təhlükəli tendensiya

Nə baş verir? Milli-demokratik düşüncəli insanların bu cür genişmiqyaslı iflasının səbəb nədir?

Bəzi analitiklər bunu liberal ideyaların böhranı kimi dəyərləndirirlər, amma məsələyə təkcə bu rakursdan yanaşmaq düzgün deyil. Əsas səbəb siyasi böhranda və geosiyasi maraqlardadır. Postsovet məkanında sağ ideyaların daşıyıcısı olan siyasi fiqurların demək olar ki, mühüm bir hissəsi cəmiyyətin nəzərində şübhəli imicə malik insanlardır, toplum onlara inanmaq, etibar etmək istəmir.

Düzdür, bu insanların çoxu əxlaqlı siyasətin daşıyıcılarıdır, lakin MDB məkanı belə insanlar üçün qəbiristanlığa çevrilib. Belə siyasətçilər isə, hətta ən ali ideyanı da xilas edə bilməzlər, əksinə ideyanın özü gözdən düşə bilər.

Hazırda postsovet məkanında bu proses gedir: "işlənib tükənmiş" fiqurlar liberal ideyaları gözdən salırlar, sonra əks əlaqə başlayır — liberal ideyalar öz daşıyıcılarına fayda gətirmək qabiliyyətini itirir; cəmiyyət əks ideyalara maraq göstərməyə başlayır.

Partiya daxilində avtoritarizmə meyl məhz belə başlanır. Avtoritarizm istənilən ideyadan daha cazibəli görünür, çünki hər halda, praktik əsası var. Hətta nəzəri ideologiya nə qədər əsaslı və gözəl olsa belə, onunla daha rəqabət apara bilmir.

Bu gün Azərbaycan cəmiyyəti yeni impulslar həsrətindədir. Yeni texnologiyalar tətbiq edilməyəndə isə cəmiyyət donur. Liberalizm — tükənməyən bir ideologiyalar toplusu olsa da, radikal tendensiyalar qarşısında duruş gətirə bilmir. Lakin bədbinliyə də əsas yoxdur. Daima yeni model tapıla bilər.

Əsas məsələ yenilik axtarışında olmaqdır. İstənilən aparıcı siyasi partiya nə qədər güclü görünsə də, bir o qədər də problemlərlə üz-üzədir. Demokratik müxalifət öz daxilində köklü dəyişikliyə nail olmalı, zəif nöqtələri aradan qaldırmalıdır.

Sağcı-Solcu - Sputnik Azərbaycan
SİYASƏT
Dəniz gəzmişlərin yoxluğu

Azərbaycan siyasətində marginallaşma prosesi indi diqqəti daha çox cəlb edir. Nə demokratik müxalifət, nə vətəndaş cəmiyyəti institutları, nə də mətbuat proseslərə önəmli təsir etmək imkanındadır. Görünən budur ki, "məxməri" və "rəngli" inqilablar sezonu başa çatır.

Dəyişən dünyada Azərbaycan siyasəti dəyişmir. Lakin insanlar cansıxıcı, yekcins müstəvidən təngə gəlməyə başlayırlar. Bu isə alternativ axtarışı ilə sonuclanır. Şərqi Avropa, MDB məkanı, Yaxın Şərqdəki proseslər dönə-dönə təhlil edilir və sekulyarlıq, siyasi islam və sosial ədalətsizlik üçbucağında çabalayan Yaxın Şərq nümunəsi get-gedə bir örnəyə çevrilir.

Avropanı iqtisadi böhranın bürüdüyü bir vaxtda region dövlətlərində demokratik dəyərləri təhlükə altına alan irqçilik və separatizm kimi radikal meyllərin güclənməsi və bunun tədricən, özünü siyasi həyatda daha qabarıq şəkildə büruzə verməsi heç də təsadüfi deyil. İndiki iqtisadi böhran hələ ki, ayrı-ayrı ölkələrdə bütövlükdə demokratiyanı təhlükə altına almasa da, onun vacib mənəvi dəyərləri olan dözümlülük və çoxmədəniyyətliliyə zərbə vurur.

Avropada "Qərb dəyərləri" anlayışı mövcuddur. Odur ki, Qərb cəmiyyətlərində insan haqlarının və azadlıqlarının ifadəsi kimi qəbul olunan bəzi qanunlar Şərqdə müsbət qarşılanmaya bilir. Ənənələrə bağlılıq və mühafizəkarlıq, dilindən asılı olmayaraq əksər Şərq cəmiyyətlərinə məxsus olan xüsusiyyətdir. Burada əsas məqam demokratik institutların zəifliyidir.

İstənilən halda qanunların işlədiyi Avropa ölkələri qanunların işləmədiyi Yaxın Şərqdən daha cəlbedici görünür. Bu, mədəniyyətlərin toqquşması anlamına gəlmir. Sadəcə olaraq, siyasi mədəniyyətin formalaşması zaman tələb edir. İnsanlar isə bütün problemləri qısa zaman kəsiyində həll etmək istəyirlər. Bu da mümkün deyil. Buna zaman lazımdır…

Xəbər lenti
0