Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Təhlükəli tendensiya

© Sputnik / Mokhamad MarufİŞİD-ə qoşulan qadınlar
İŞİD-ə qoşulan qadınlar - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi radikal cərəyanlar, ölkədə hamını düşmən elan edir, islam ölkəsi yaradacağını bəyan edir, şəriət hökmlərinə qarşı çıxanları qətl edəcəyini bildirir. Bu simaların kimliyi də olduqca maraqlıdır.

BAKI, 24 avq — Sputnik. Dini mühitin radikallaşdırılması ölkənin gələcəyi ilə bağlı dumanlı bir mənzərə canlandırır. Demokratik düşərgənin zəiflədiyi bir zamanda insanların radikal cərəyanların təsirinə düşməsi anlaşılandır. Daha təhlükəlisi isə odur ki, meydan sulayanlar savad və intellektləri ilə seçilən mötədillər deyil, hər şeyi təkfir etməyə hazır olan marginal qruplardır.

İŞİD-in edamı - Sputnik Azərbaycan
TƏHLİL
Onların ən çox nifrət etdikləri şüar - Öncə Vətən!

Dini müstəvidə maarifçiliyin aparılmaması, mövcud problemlər rəngləri daha da tündləşdirir. Hər bir radikal cərəyan özünü haqlı hesab edir və fərqli düşünənlərə qarşı ən sərt addımların atılmasını istəyir.

Demokratik ölkələrdə belə meyllər qanunla tənzimlənir. Cəmiyyət özü də radikallığın qarşısını alır. Azərbaycanda isə istənilən formada radikallıq, xüsusən də dini müstəvidə müşahidə edilən radikallıq təhlükəlidir. Son illər ərzində ölkədə bütün demokratik təsisatlar zəifləyib. Azərbaycanda bəlli dəyərlərin və normaların üstünlük təşkil etdiyi bir sistem mövcud deyil.

Odur ki, dini müstəvinin marginallaşması gerçək təhlükələrdən xəbər verir. Nəzərə alsaq ki, Azərbaycana xarici ölkələrin təsiri olduqca böyükdür, radikal qrupların hakimiyyətə paralel qurumlar yaratması da mümkün görünür.

Siyasi münasibətlər siyasi müstəvidən küçə və meydanlara çıxarsa, bu, olduqca qorxulu tendensiyalardan xəbər verir. Çıxış yolu kimi radikal cərəyanların nümayəndələrini həbs etmək, onların toplaşma hüququnu məhdudlaşdırmaq variantını seçmək də effekt verə bilməz. Bu, vəziyyəti daha da gərginləşdirə bilərdi.

Dini problemlər kimi son dərəcə həssas olan məsələyə qadağalar yolu ilə yanaşılması gələcək qanlı faciələrin əsasını qoya bilərdi. Dini radikallıq kimi bir problem mövcuddursa, onu sırf insan haqları prizmasından həll etmək lazım gəlir. Mötədil və ənənəvi dini cərəyanları sıradan çıxması ilə yaranan boşluğu radikallar doldura bilər.

Ölkənin ənənəvi dini baxışlarına zidd olan, tolerantlığı süngü ilə qarşılayan dini cərəyanların "meydan sulaması"nın, biznes əlaqələrinə malik olmasının başlıca səbəbi mötədilliyin sıradan çıxmasıdır. Son illərə qədər Azərbaycanda dini radikallıq heç bir zaman müşahidə edilməmişdi. İnanclı kəsimin radikallaşdırılması isə gələcək təhlükələrdən xəbər verir.

90 faizindən çoxu genetik müsəlman olan ölkədə bəzi ictimai fəalların "hicaba qadağa" kimi çağırışları və digər metodlar radikallığa yol aça bilər. Bu gün kiçik dini qruplar siyasi ambisiya ilə çıxış edir. Siyasi ambisiyaları islam adına gerçəkləşdirmək, bunu xarici qüvvələrin təsiri ilə etmək acınacaqlı vəziyyət yaradır.

Sağcı-Solcu - Sputnik Azərbaycan
SİYASƏT
Dəniz gəzmişlərin yoxluğu

Söhbət heç də siyasi simpatiyadan getmir. Sadəcə olaraq, bir qrup dindarın islam adına siyasi alətə çevrilməsi dini müstəvidəki mühiti daha da ağırlaşdırır. Bu gün dini radikallığa qarşı mübarizə adı altında səslənən çağırışlar nəticəsində də zərbəni elə mötədillər özləri alırlar. Kitab oxuyanlar, dindarları tənqid edən sosial fəallar daha təhlükəli qrupları nədənsə görmək istəmirlər.

Elə vəziyyət yaranıb ki, bəzi radikal cərəyanlar, ölkədə hamını düşmən elan edir, islam ölkəsi yaradacağını bəyan edir, şəriət hökmlərinə qarşı çıxanları qətl edəcəyini bildirir. Bu simaların kimliyi də olduqca maraqlıdır. Sosial şəbəkələrdə "islam xilafəti" yaratdığını elan edib, ölkənin nüfuzlu ziyalılarına, siyasətçilərinə və yazarlarına qarşı "qara piar" aparan simaların arxasından, əslində hamımıza yaxşı tanış olan kimsələrin kölgələri görünür.

Buna fikir verməmək də olardı. Lakin məsələ yalnız ziyalılara atılan çirkabla məhdudlaşmır. Sosial şəbəkələrdəki açıq qruplarda onlarla insan dolayısı ilə də olsa, ölümlə hədələnir. Hədəf Azərbaycanı düşmən bir ölkənin və ya ölkələrin müstəmləkəsinə çevirməkdirsə və həmin "dindarların" nifrət elədiyi təbəqə Azərbaycan türkləridirsə, buna münasibət bildirilməlidir. Bu "qəhrəmanlar" dövlət üçün, hansısa tələbənin "gəlin küçələrə çıxaq və sivil yolla etiraz edək" çağırışlarından daha təhlükəli bir tendensiyanın əsasını qoyurlar…

Xəbər lenti
0