Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Belə də absurd olarmış!

© Photo : PUBLIC DOMAINDopinq
Dopinq - Sputnik Azərbaycan
Abunə olmaq
Təsəvvür edin, medal qazanmayan idmançıya 10 il sonra zəng gəlir və olimpiya medalı qazandığı xəbərini alır

BAKI, 1 sen — Sputnik. Beynəlxalq Anti-dopinq Agentliyinin (WADA) son bir neçə ayda apardığı dopinq testləri bir çox idmançıları məyus edib. İdmançılar əziyyət və stresslə olimpiadaya lisenziya qazanıb, sonra yarışda canlarını qoyaraq qalib gəliblər. Hələ üstəlik geri dönüb xalq sevgisi, təşəkkürlər və dövlətin qalibə ayırdığı mükafatları da qazanıblar.

İslam Abbasov qızıl medal qazandı - Sputnik Azərbaycan
İDMAN
İdmançımız dünya çempionu oldu

Bu sevincli anların üstündən on il keçəndən sonra WADA-nın yadına düşüb ki, dopinq testləri etmək lazımdır. Maraqlısı da odur ki, hansı idmançının dopinq qəbul edib-etmədiyini yoxlayırlarsa, hamısı müsbət çıxır.

Nə oldu, 2008 və 2012-də olimpiya oyunları zamanı idmançıları test edib yarışa buraxanda dopinq tapılmırdı, indi hamısından dopinq aşkarlandı?! Nəsə müəmmalı məsələdir.

WADA öncə Azərbaycan Ağır Atletika Federasiyasını hədəfə aldı. Bu da azmış kimi, Rusiya, Qazaxıstan, Ukrayna və başqa ölkələrin idmançılarını da digər cinahdan nişana alınıb dopinq adı ilə uğurlarını ləğv etməyə başladı.

Bilmirəm, nə kəramətdirsə, yoxlanılan idmançılardan, xüsusilə medal qazanan, nəticə verən idmançıların hamısından dopinq aşkarlanıb. Demək olar, Azərbaycan idmançılarının hər birində dopinq testinin müsbət çıxmasının insanın üzündə təbəssüm yaratmaması mümkün deyil.

WADA-nın ağır atletika idman növündə sonuncu hədəfi Nizami Paşayev oldu. Olimpiadada qazandığı 5-ci yeri əlindən aldı. Düzü, ətrafa baxıb sevindik ki, daha ağır atlet qalmadı, WADA bizdən əl çəkər. Sevincimiz cəmi bir neçə gün çəkdi. Biz saydığımızı sayaq, görün WADA nə sayır.

Təşkilat bu dəfə güləşçilərimizi hədəfə aldı. Gedişat göstərir ki, bəzi siyasi səbəblərin acığını idmandan çıxan dopinq təşkilatı yaxın gələcəkdə dopinq yoxlanışı olan bütün idmançılarımızın uğurlarını əlindən alacaq. Bu, artıq həyacan təbilinin çalınması deməkdir.

Bu, bütün idmançıların həyatı ilə, karyerası ilə oynamaqdan başqa bir şey deyil. Mübarizə apar, uğur qazan, 10 ildən sonra medalını əlindən alsınlar. Belə də idman olar?!

Təsəvvür edin, medal qazanmayan idmançıya 10 il sonra zəng gəlir və olimpiya medalı qazandığı xəbərini alır. Necə də olmasa, WADA bu idmanı öz maraqlarına görə, siyasi baxışlarına görə açıq bazara çevirib.

Sonda üzümü bütün dünya idmançılarına tuturam: Əziz idmançılar, olimpiadaya getdiniz və medal qazanmadınız — məyus olmayın. Nə qədər ki, WADA mövcuddur, sizin hər an medal qazanmaq və ya medal itirmək şansınız mövcud olacaq. Kim bilir, bəlkə 10 il sonra sizin də olimpiada medalınız oldu. Ümidlərinizi üzməyin və WADA təşkilatında əyləşənləri başa düşməyə (?) çalışın!

Xəbər lenti
0