Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Cəmiyyət sadomazaxizm məngənəsində

© Sputnik / Murad OrujovBeynəlxalq Bankın Mətbuat filialı qarşısındakı növbə
Beynəlxalq Bankın Mətbuat filialı qarşısındakı növbə - Sputnik Azərbaycan
Abunə olmaq
Yaratdığımız və üzləşdiyimiz bürokratik əngəllər, heç bir tərəfə xeyri dəyməyən süni maneələr və formalaşan qarşılıqlı stress mühiti ölkənin gələcəyinə dair ümidləri baltalayır

BAKI, 25 avq — Sputnik. Bu ölkədə rəsmi və ya özəl qurumların vətəndaşa yersiz sıxıntı yaşatması artıq adi hala çevirilib. İnsanımız üz tutduğu hər idarədə lüzumsuz əngəllərlə üzləşməsə, sanki ölkədə qiyamət qopar.

Bakının Nizami küçəsi - Sputnik Azərbaycan
TƏHLİL
Ən pis variant

Ötən gün Sputnik-in yayımladığı məlumatda əksini tapanlar da bu münasibətlər sisteminin bariz nümunəsidir. Belə ki, günlərdir Azərbaycan Beynəlxalq Bankının Mətbuat prospektində yerləşən filialının qarşısında böyük insan izdihamı yaşanırmış. Məsələni araşdırarkən bəlli olub ki, məsələ cari il ali məktəblərə qəbul olan tələbələrin illik təhsil haqlarının ödənişi ilə bağlıdır.

Bankın qarşısında, qızmar günəş altında növbə gözləyən insanlar da Azərbaycan Texniki Universiteti ilə Memarlıq və İnşaat Universitetinin tələbələri və onların yaxınlarıdır. Onların dediklərinə görə, mövcud sıxlığın, sonu gəlməyən növbənin səbəbi onunla bağlıdır ki, bank və universitet rəhbərliyi ödənişlərin məhz və yalnız bu filialda həyata keçirilməsi tələbini qoyub.

Yəni ki, təhsil haqqına dair ödəniş nəinki başqa bankda, hətta sözügedən bankın başqa filialında həyata keçirilərsə, həmin vəsait ödənilməmiş sayılır. Bununla bağlı acı təcrübə də yaşanıb artıq. Bir tələbə səhvən başqa filialda ödəniş edib, ona universitetdən deyiblər ki, "biz başqa filialda edilən ödənişi qəbul etmirik, yenidən bizim istədiyimiz filialda ödəniş edin". Və həmin tələbənin ödədiyi pul "batıb".

Absurdizm bununla da bitmir. Monopolist filialın əməkdaşları işə səhər saat 10-da başlayıb, axşam 16-da ofisi bağlayırlar — cəmi 6 saatlıq iş rejimi. Vətəndaşın fəryadına, qızmar günəş altında inildəməsinə, saatlarla növbədə işgəncə görməsinə məhəl qoymayan bank əməkdaşları, inhisarçılığın yaratdığı dividenddən gen-bol faydalanırlar.

Filial rəhbərliyi də "mən kimin oğlundan əskiyəm?" prinsipi ilə, ofisdə 10 nəfər çalışdırıb onlara maaş verməkdənsə, 3 nəfər əməkdaş saxlayıb bütün iş yükünü onların üzərinə yükləyir. Onun nə vecinə ki, bayırda yüzlərlə insan əzab çəkir və 3 işçi ilə gündə 3 min insanı yola vermək mümkünsüzdür?! Vətəndaş gecəni bankın qarşısında keçirmək, bir həftə hər gün binaya ayaq döymək bahasına belə, ödənişini etməlidir. Onsuz da üz tuta biləcəyi başqa qapı yoxdur.

Belçika - İsveç oyununu izləyən azərkeş - Sputnik Azərbaycan
YAZARLAR
Düşüncə ilə yoluxan virus

Bu fakt minlərdən, milyonlardan, sadəcə biridir. Biz hər gün, bizə bunu yaşadanlara belə, heç bir faydası olmayan işgəncəni yaşayırıq: Müəssisə rəhbəri, büdcədə kifayət qədər vəsait olmasına baxmayaraq, işçilərin əməkhaqlarını "prosta tak" bir neçə gün gecikdirərkən; Nahar fasiləsində işdən yarım saatlıq fürsət tapıb, kommunal borcunu ödəmək üçün üz tutduğun poçtun əməkdaşları arasındakı şirin söhbətin bitməsini gözləyərkən və söhbəti bölmək istədiyində "amanın qırılmayıb, görürsən işimiz var" iradı ilə üzləşərkən; "JEK" müdirinin, sənin əlindəki kağıza 3 saniyəlik möhür vurmazdan əvvəl, hansısa hökumət qəzetini sonuncu səhifəyədək oxuyub bitirməsini gözləyərkən və s.

Qısası, cəmiyyətimiz sadomazaxizmin bütün mərhələlərini adlamağı qarşıya məqsəd qoyub. Yaratdığımız və üzləşdiyimiz bürokratik əngəllər, heç bir tərəfə xeyri dəyməyən süni maneələr, formalaşan qarşılıqlı stress mühiti və bunun kimi yüzlərlə biabırçı faktlar ölkənin gələcəyinə dair ümidləri baltalayır…

Xəbər lenti
0