Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ən güclü azərbaycanlı və erməni döyüşçü qarşılaşacaq

© Photo : OXU IAMMA üzrə dünya və Avropa çempionu, Azərbaycan Fight klubunun prezidenti, Azərbaycan Pankration Grappling Federasiyasının vitse-prezidenti, Beynəlxalq CEFC liqasının vitse-prezidenti Şəhriyar Abbasov
MMA üzrə dünya və Avropa çempionu, Azərbaycan Fight klubunun prezidenti, Azərbaycan Pankration Grappling Federasiyasının vitse-prezidenti, Beynəlxalq CEFC liqasının vitse-prezidenti Şəhriyar Abbasov - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhriyar Abbasov: "Biz çalışırıq ki, noyabr-dekabr ayında möhtəşəm finallar Azərbaycanda keçirilsin. Nəriman Abbasov həmin yarışda çempionluq kəməri uğrunda mübarizə aparacaq"

BAKI, 18 avq — Sputnik. Avqustun 27-də Gürcüstanda Fight Nights-ın təşkilatçılığı ilə "Yay kuboku" adlı möhtəşəm MMA idman növündə yarışlar keçiriləcək. Yarışda bir neçə ölkənin idmançıları ilə yanaşı, Ermənistan və Gürcüstanın ən peşəkar idmançıları da öz güclərini sınayacaqlar.

Azərbaycanlı boksçu Elvin Məmişzadə. Arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
Rio Olimpiadasında yarışacaq boksçumuz: "Çox təəssüf..."

Yarışla bağlı Sputnik-ə açıqlama verən Azərbaycan Fight Club Federasiyasının prezidenti Şəhriyar Abbasov, bununla bağlı onlara dəvət gəlmədiyini deyib: "Biz həmin yarışda iştirak etməyəcəyik. Amma həmin təşkilatın dəstəyi ilə Azərbaycanda ilin sonuna kimi "Fight nigth" ın yarışı keçiriləcək".

Onun sözlərinə görə, oktyabrın 1-də Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunacaq yarışda Bəxtiyar Abbasov döyüşəcək. Moskvada 8 oktyabrda keçiriləcək növbəti belə yarışda isə idmançımız Elmar İbrahimov öz qüvvəsini sınayacaq.

"Biz çalışırıq ki, noyabr-dekabr ayında möhtəşəm finallar Azərbaycanda keçirilsin. Ən güclü idmançılarımızdan olan Nəriman Abbasov həmin yarışda çempionluq kəməri uğrunda mübarizə aparacaq" — Federasiya prezidenti bildirib.

Ş. Abbasov Azərbaycanda keçiriləcək yarışda ermənilərin iştirak etməyəcəyini dilə gətirib: "Ermənilərin Bakıya gəlməsi qeyri-mümkündür. Hətta nəinki idmançı, heç hakimin də gəlib döyüşlərə qatılmasına bir klubun rəhbəri olaraq imkan vermərəm".

O, maraqli açıqlama da verib: "Gələcəkdə nəzərdə tutulub ki, erməni idmançı David Xaçatriyan ilə azərbaycanlı Nəriman Abbasov arasında döyüş olsun. Onlar MMA-da ən güclü idmançılar olduqlarından, bütün dünya arenaları üçün maraq dairəsindədirlər. Bu baxımdan gec-tez iki idmançı görüşməli olacaq".

Xəbər lenti
0