BAKI, 15 avq — Sputnik. Braziliyanın Rio-de Janeyro şəhərində təşkil olunan möhtəşəm Rio-2016 Yay Olimpiadası davam edir. 56 idmançı ilə yarışa qoşulan Azərbaycanın, artıq 22-dən artıq idmançısı öz gücünü sınayıb və 20 idmançı medalsız, 2 idmançımız isə gümüş medalla yarışları başa vurub. Hazırda bir çox idman növlərində yarışlar davam edir.
Azərbaycanlı boksçu, mübarizəyə yaxın günlərdə qoşulacaq Elvin Məmişzadə, yarışqabağı fikirlərini Sputnik-lə bölüşüb: "Ən çox cüdoçularımız Orxan Səfərov və Nicat Şıxalizadənin qalib olmasını istəyirdim. Təəssüflər olsun ki, onlar məğlub oldular".
"Hal-hazırda güləşçilərimizdən və komanda yoldaşlarımdan qələbə gözləyirəm. Güləşcilərlə bağlı, xüsusilə Toğrul Əsgərov, Cəbrayil Həsənov və Rövşən Bayramovdan medal gözləyirəm", — E. Məmişzadə bildirib.