Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dəniz gəzmişlərin yoxluğu

© Photo : ihsaneliacik.com"Sağcı-Solcu"
Sağcı-Solcu - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Daxili çəkişmələrdən uzaq olan, virtual mübarizədən kənarda duran, konkret hədəfləri olan lider bu mərhələdə müxalifətin dəstək verəcəyi bir simaya çevrilə bilərdi

BAKI, 17 avq — Sputnik. Liberal ideyaların iflası anlaşılandır. Lakin digər ideologiyalar da Azərbaycan vətəndaşı üçün cəlbedici deyil. Liberal müstəvidə vəziyyət nisbətən müsbətdir. Solçu düşərgə isə ümumiyyətlə bir durğunluq yaşayır.

Azərbaycan bayrağı - Sputnik Azərbaycan
TƏHLİL
Azərbaycanı müstəmləkəyə çevirmək istəmiriksə...

Azərbaycanda solçu bir lider görünmür. Hazırkı situasiyada məhz solçu lider protest elektoratının rəğbətini qaza bilərdi. Maraqlıdır ki, Azərbaycan gəncliyinin müəyyən qismi üçün Türkiyə solçuları olduqca cazibədar görünürlər. Türkiyə devrimçilərinin əfsanəsi olan Dəniz Gəzmiş bir çox hallarda Azərbaycan solçuları üçün də bir simvoldur. Edam kötüyündə belə imdad diləməyən, "beynəlxalq imperializmi" lənətləyən bu devrimçi lider radikal gənclik üçün bir mübarizə bayrağıdır. Cəmi 25 il yaşayan bu gənc siyasətçi qulağı sırğalı liberal yeniyetmələrdən daha cəlbedicidir.

1972-ci ildə edam olunan Dəniz Gəzmiş bir solçu olsa da, ona milliyyətçi kəsim də mübarizliyinə görə rəğbətlə yanaşır. Əgər bir gənc son nəfəsində "Yaşasın müstəqil Türkiyə! Yaşasın marksizm-leninizm! Yaşasın fəhlə və kəndli sinfi! Rədd olsun imperializm" deyə bilirsə, bir simvola çevrilir. Solçu ideyanı populyar edən də elə dəniz gəzmişlərdir. Dəniz Gəzmiş bir solçu olsa da, ona milliyyətçi kəsim də mübarizliyinə görə rəğbətlə yanaşdı. Yaşlı nəsil isə gəncliyə hər cür yardım edirdi.

Azərbaycanda isə həbs olunan gənclərə vəkil tutmaq belə, onları döyüşə göndərənlərin yadına düşmür. Vəkilsiz, ərzaqsız, real müdafiəsiz qalan Azərbaycan gəncliyinin fərqi də elə bundadır. Gəncliyin həbsdə olması veteran müxalifətçilərin yadına yalnız o zaman düşür ki, "siyasi məhbus siyahıları" bir təzyiq predmetinə çevrilir. Belə vəziyyət uzun müddət davam edə bilməz. Bu baxımdan, siyasi mübarizə gənclik üçün də bir sınaqdır.

Müstəqil fəaliyyətə başlamaq, siyasi liderlərin şəxsi intriqa və ambisiyalarının köləliyindən azad olmaq və hakimiyyətə qarşı mübarizədə əsas hərəkətverici qüvvəyə çevrilmək üçün gəncliyə bir şans verilir. Siyasətdə artıq edə bildiyini edən "köhnə qvardiya"nın kiçik, cılız intriqalarına həvəslə qurban olan gənclik anlamalıdır ki, bir söyüş alətinə çevrilməklə, müxalifətçi qardaşına qarşı aparılan "qara piar"da iştirakçı olmaqla böyük məqsədlərə çatmaq mümkün deyil.

Türkiyədə gənclik bir-biriləri ilə ideya naminə savaşır. Azərbaycanda isə müxalifətdaxili bütün savaş kimin bu düşərgədə daha güclü olmasının təsdiqinə yönəlib. Hər kəs yalnız öz məhəlləsində qəhrəmanlıq etmək istəyir.

Bu gün Azərbaycanda yüz minlərlə insan hələ də siyasətə biganədir. Minlərlə insan siyasi proseslərə qoşulmaq istəmir. Yalnız siyasi proseslərə qoşulmaqla insanlar öz hüquqlarını qorumağa qadir ola bilərlər. Yalnız sivil və ardıcıl mübarizə effekt verə bilər. Bütövlükdə isə ölkədə baş verənlərə seyrçi qalırlar.

Bunu anlamaq da mümkündür. İnsanlar dəyişikliklərin nəticəsində vəziyyətin daha da ağırlaşacağını ehtimal edirlər, siyasi proseslərdə iştirak edən tərəflərdən heç birinin səmimiyyətinə inanmırlar, mübarizənin effektli ola biləcəyinə inam yoxdur, müxalifətdaxili didişmələrdən beziblər və s. Bu tezislərdən hər birinin yaşamağa haqqı var. Lakin ən məntiqsizi öz biganə durumuna haqq qazandırmaq cəhdidir. Digər tərəfdən, xalqı da günahlandırmaq absurddur.

Manipulyasiya. Arxiv şəkli - Sputnik Azərbaycan
SİYASƏT
Siyasi müstəvini inhisara almaq cəhdləri

Xalq son 20 ildə dəfələrlə öz sözünü deyib. Son illər mübarizənin səmərəsiz olması proseslərə mənfi təsir göstərib. Belə ki, son illər keçirilən etiraz aksiyaları, tədbirlər proses yarada bilmədi. Odur ki, qısa bir zamanda unuduldu. Xalq konkret hədəflər uğrunda mübarizə aparmaq istəyir. Kimlərinsə iqtidardan getməsini arzulamaq siyasi proseslərdə fəal iştirak etməyən insanlar üçün maraqlı deyil. Sıravi vətəndaş son dərəcə sadə suallara cavab tapmaq istəyir — hakimiyyət dəyişikliyi mənim həyatımda nələrə səbəb olacaq? Haqlı sualdır.

Digər tərəfdən, xalqı qələbəyə aparan passionarların zəifliyi ümumi nəticəyə mənfi təsir göstərir. Məhz bu baxımdan, get-gedə solçuların və dinçilərin mövqeləri güclənir. Çünki onlar real dəyişiklik təklif edirlər. Bu, həm ölkənin idarə edilməsi ilə bağlıdır, həm də xarici siyasətlə.

Lakin Dəniz Gəzmiş kimi liderin yoxluğu onların da perspektivini heçə endirir. Digər tərəfdən, gündəlik həyatında əxlaqi dəyərləri daşımayanlara, yaxud davranışlarına görə özləri demokratiyaya nifrət edənlərə xalqın rəğbət bəsləməsi son dərəcə çətindir. Daxili çəkişmələrdən uzaq olan, sosial şəbəkələrdəki virtual mübarizədən kənarda duran, konkret hədəfləri olan lider bu mərhələdə müxalifətin dəstək verəcəyi bir simaya çevrilə bilərdi. Belə bir lider isə gözə dəymir…

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала