Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanı müstəmləkəyə çevirmək istəmiriksə...

Abunə olmaq
Kütləni düşüncəsiz robota çevirmək böyük fəsadlar törədir. Odur ki, düşünmək lazımdır. Və düşündüyünü cəmiyyətə çatdırmaq.

BAKI, 27 iyul — Sputnik. İllərdir ki, Bakıda ən müxtəlif düşərgələrə malik olan qüvvələr Qərbə inteqrasiya arzusunu nümayiş etdirirlər. Lakin Qərb Azərbaycanı Avropanın bir hissəsi kimi qəbul etmir. Qərb siyasi dairələrində belə fikir formalaşıb ki, Azərbaycan siyasi müstəvisi hələ də Moskva ilə bağlıdır.

İŞİD-in edamı - Sputnik Azərbaycan
TƏHLİL
Zombilərə qarşı savaş

Qərb siyasi dairələri Azərbaycandan ehtiyat edir. Qərbin Azərbaycan müxalifətinə dəstəyi ilk növbədə vətəndaş cəmiyyətinin reanimasiyası ilə başlaya bilərdi. Son günlər hüquq müdafiəçilərinin zəiflədilməsini Qərbin susqunluqla qarşılaması isə daha dərin ssenarilərin işə düşməsindən xəbər verir. Bu isə ayrı məqalənin mövzusudur.

Prinsip etibarilə, Yaxın Şərqi qan içində boğan, islam dünyasını öz vassalına çevirmək uğrunda əsrlər boyunca mübarizə aparan ABŞ müsəlmanlar arasında müttəfiq tapmaqda çətinlik çəkir. Bu gün müxtəlif nümunələr göstərirlər. Cənubi və Şimali Koreya nümunəsi əlbəttə ki, ABŞ-ın xeyrinə işləyir. Lakin böyük mənada bu ölkələrdən heç biri Koreya xalqının özünün arzuladığı cəmiyyət deyil.

Şimali Koreya insanların saç düzümünə belə, müdaxilə edən, milyonları robota çevirən bir sistemə malikdir, Cənubi Koreya isə iqtisadi baxımdan inkişaf edib. Lakin bu ölkə də müstəqil siyasət yürüdə bilmir. ABŞ-ın forpostu olmaqdan uzağa gedə bilmir. Bir sözlə, bahalı hotellərdə "işləyən" xanımlarla kasıb məhəllələrdə çalışan "gecə kəpənəkləri"ni xatırladır. Hər ikisi arzuolunmazdır.

Quantanamo kimi konslager yaradan, özünün hesab etdiyi ölkələrə desant göndərən Qərb ilə, keçmiş müstəmləkələri üzərində hərbi-siyasi təzyiqini davam etdirən Moskva arasında böyük bir fərq yoxdur. Müstəmləkəçiliyin istənilən forması pisdir və konfetin hansı kağıza bürünməsini xatırladır.

ABŞ kimlər üçünsə demokratiya qibləsidir. Kimlər üçün isə səlib yürüşü həyata keçirən, demokratiyanı neftə qurban verən, maraqları naminə diktatorları bəsləyən bir ölkədir. Kimlər üçünsə Rusiyanı tənqid etmək mümkün deyil. Başqaları ABŞ-a səcdə edir. Hamını yıxıb-sürümək olar, yüz minlərlə insanı məhv edən, Yaponiyaya atom bombası atan, Panamaya qoşun yeridən ABŞ barədə isə bir kəlmə də yazmaq olmaz.

Demokratiya ABŞ-a tənqidi münasibətə şamil oluna bilməz. Azərbaycanda demokratiyanın qəbirqazıyanı olan amerikalıları tənqid etmək "Vaşinqton cocuqları" üçün yolverilməzdir. Karyera və maliyyə axını kəsilə bilər.

Kimlər üçün isə İsrail müqəddəsdir. Dünyanın maliyyə və siyasi mərkəzlərini əllərində saxlayanlara qarşı adi bir tənqid linç olunmaq təhlükəsi yaradır. Digərləri üçün isə İsrail kiçik şeytandır. Hətta onun dünyada ən güclü olan səhiyyəsini də təqdir etmək olmaz.

mitinq - Sputnik Azərbaycan
TƏHLİL
İdeologiyasız mübarizə

Kimlər üçünsə İran adlı ölkə mövcud deyil. Başqaları üçün isə İran torpağının hər qarışı səcdə edilməyə layiqdir. İran əhalisinin əksəriyyətini təşkil edən türklərin təqibindən bir kəlmə yazsan, daşqalaq oluna bilərsən.

Azərbaycan diplomatiyasının kursu barədə fərqli fikrə malik olmaq olar, lakin ölkəni kiminsə müstəmləkəsi kimi görmək əbləhlikdir. Böyük siyasi oyunlara kənar baxışla baxmaq, müdaxilə etmək, insanları azad düşünməyə səsləmək olmaz. Bunun cəzası ağır ola bilərdi. Türkiyə indi ABŞ-ın bir ştatı olmaq istəmədiyini nümayiş etdirir. Bunun isə cəzasını çəkir.

Fərqli düşünmək, alternativ paradiqmalar təklif etmək, bütləri sındırmaq elə bu məqsədə xidmət edir. Proseslərə fərqli yanaşan hər bir məqalə, kitab, müsahibə, bəyanat sabah milyonlarla azad düşünən insanın yetişdirilməsinə xidmət edir.

Azərbaycanı Rusiyanın, İranın, ABŞ və ya hər hansı bir ölkənin müstəmləkəsi etmək istəmiriksə, bunu etməliyik. Azad olmayan, siyasətçiləri öz liderlərinə, vətəndaşları başqa ölkələrə səcdə edən bir ölkəni Şimali Koreyaya çevirmək daha asandır.

Kütləni düşüncəsiz robota çevirmək böyük fəsadlar törədir. Bunu Şimali Koreya təcrübəsindən bilirik. Odur ki, düşünmək lazımdır. Düşündüyünü cəmiyyətə çatdırmaq lazımdır…

Xəbər lenti
0