BAKI, 17 avq – Sputnik. Sputnik.Rəy-in sorğusunun nəticələrinə görə, keçmiş SSRİ-nin 11 respublikasından 9-da 35 yaşdan yuxarı sakinlərin əksəriyyəti SSRİ-dəki yaşayışın müstəqillik dövründəki həyatdan daha üstün olduğu fikrindədirlər. Rusiyada SSRİ dövründə yaşamış rəyi soruşulanların 64%-i Sovet İttifaqında həyatı daha yüksək qiymətləndiriblər. Ukraynada bu fikirlə respondentlərin 60%-i razılaşıb, ən yüksək göstərici isə Azərbaycan (69%) və Ermənistanda qeydə alınıb (71%).
18-24 yaşlı, yəni SSRİ-də böyüməmiş respondentlər isə Sovet İttifaqı dağıldıqdan sonra həyatın yaxşılaşdığını düşünürlər. Rusiyada rəyi soruşulanların 65%-i bu fikirdədirlər. Nəticələr Sputnik informasiya agentliyi və radiosunun sifarişi ilə ÜİFÖM, M-Vector, GFK Kazakhstan, Moreinfo və Qafqaz tədqiqat şirkətləri tərəfindən keçmiş SSRİ-nin 11 ölkəsində keçiriıən sorğunun gedişində alınıb.
Demək olar ki, bütün ölkələrdə 35 yaşdan yuxarı sakinlərin çoxu SSRİ vaxtı daha yaxşı yaşadıqlarını düşünürlər. Ermənistanda bu nisbət 71% — 23%, Azərbaycanda 69% — 29%, Rusiyada 64% — 27%, Qazaxıstanda 61% — 27%, Ukraynada 60% — 23%, Moldovada 60% — 32%, Qırğızıstanda 60% — 30%, Belarusda 53% — 28%, Gürcüstanda 51% — 46%-dir. Yalnız Tacikistan (39% — 55%) və Özbəkistan (4% — 91%) vətəndaşları SSRİ-nin süqutundan sonra həyat şəraitlərinin yaxşılaşdığını fikirləşirlər.
25 yaşadək olan respondentlər hesab edirlər ki, indi həyat səviyyəsi SSRİ-yə nisbətən yüksəkdir. Ermənistanda bu nisbət 48% —47%, Qırğızıstanda 48% — 37%, Qazaxıstanda 56% — 35%, Belarusda 57% — 34%, Gürcüstanda 79% — 20%, Ukraynada 39% — 18%, Rusiyada 65% — 17%, Azərbaycanda 68% — 14%, Tacikistanda 84% — 13%, Özbəkistanda isə 89% 5%-dir. Yalnız Moldova gənclərinin əksəriyyəti bunun əksini düşünür. Belə ki, sorğulanan gənclərin 69%-i SSRİ dövründə, 17% isə İttifaq dağılandan sonra həyat şəraitinin daha yaxşı olduğunu deyib.
Sorğu 2016-cı il iyulun 4-dən avqustun 15-dək Rusiyada ÜİFÖM, Qırğızıstan və Tacikistanda M-Vector, digər respublikalarda isə GFK Kazakhstan, Moreinfo və Qafqaz şirkətləri tərəfindən keçirilib. Ümumilikdə sorğuda Azərbaycan, Belarus, Ermənistan, Moldova, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistandan 1000 nəfər, Özbəkistandan 1045 nəfər, Ukraynadan 2000 nəfər, Rusiyadan isə 1600 nəfər olmaqla 12645 nəfər iştirak edib. Respondentlər cins, yaş və coğrafi cəhətdən bölünüblər. Seçimdə maksimal qüsur 3,1% təşkil edir. Etibarlılıq dərəcəsi 95%-dir.
Sputnik.Rəy layihəsi haqda
İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri Populus, Forsa və Ifop çıxış edirlər. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.
Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.