BAKI, 18 yan — Sputnik. Qarabağ hadisələri 1987-ci ilin noyabrından başlayıb. Oktyabrda Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmaslndan sonra, akademik Abel Aqanbekyan çıxış edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edib. Azərbaycan SSR Ali Soveti sədrinin keçmiş müşaviri Cahangir Nəcəfov Sputnik Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında bu fikirləri işlədib.
Nəcəfovun sözlərində görə, 1989-cu il dekabrın 31-də SSRİ-İran sərhədinin Azərbaycan hissəsinin sökülməsi qurma xarakterli hadisə olub.
"1989-cu il dekabr 31-də Nemət Pənahovun başçılıq etdiyi insanlar SSRİ-İran sərhəddini sökdülər. Bu bir dəstə adam SSSR sərhədini poza bilərdimi? Bütün bu oyunlar qurma idi. Yanvarın 15-də SSRİ Ali Soveti Dağlıq Qarabağda fövqəladə vəziyyət elan olunmasını müzakirə edir. Dağlıq Qarabağda fövqəladə vəziyyət elan edilir. Bu bir cinayət idi. O zamankı dövlət başçısı Mixail Qorbaçov Dağlıq Qarabağda fövqəladə vəziyyət elan etməklə SSRİ konstitusiyasını pozub", — deyə o bildirib.