Dünyanı bürümüş dəhşətli psixoz

© REUTERS / Tarubi Wahid MostaNitsada terror
Nitsada terror - Sputnik Azərbaycan
Abunə olmaq
Elə bir ay olmur ki, Avropadan Yaponiyaya kimi dünyanın istənilən yerində kütləvi insan tələfatı ilə nəticələnmiş terror hücumu xəbərləri yayılmasın

Dünyanı bürümüş dəhşətli psixoz
BAKI, 15 avqust — Sputnik. 2016-cı il çoxlarının yaddaşında dünyanı bürümüş gözlənilməz terror hücumları ili kimi qalacaq. Təkcə bir neçə ay ərzində dünyanın böyük paytaxtları və meqapolisləri dəhşətli terror hücumlarına hədəf olub, zalımcasına törədilmiş terror aktları nəticəsində yüzlərlə insan həyatını itirib.
Ramin Hacılı - Sputnik Azərbaycan
TƏHLİL
"Avropa öz dəyərlərini terrora qurban vermək istəmir"

Yalnız bu ilin Ramazan ayı ərzində İŞİD qruplaşması 16 ölkədə 393 hücum həyata keçirib. Hücumların əksəriyyəti isə İraq və Suriyada baş verib. BMT Antiterror Komitəsinin icraçı direktoru Jan-Pol Laborde bildirib ki, bu gün bu və ya başqa terror təşkilatlarının tərkibində dünyanın 100 ölkəsindən 30 minə yaxın xarici silahlı fəaliyyət göstərir, terrorizm qlobal təhlükədir.

İyunun 12-də Florida ştatının Orlando şəhərində törədilən terror aktı Birləşmiş Ştatların müasir tarixinə bu qəbildən olan ən qanlı hadisələrdən biri kimi daxil oldu. Müştəriləri seksual azlıqlar olan "Florida Pulse" gecə klubunda ilk atəş səsləri eşidilərkən içəridə 350 nəfərə yaxın şəxs olub. Hücum edən onlardan bir neçəsini girov götürüb. Xüsusi təyinatlı dəstənin döyüşçüləri zirehli maşınla klubun qapısını qıraraq cinayətkarı güllə ilə vurublar. Faciə nəticəsində 50 nəfər ölüb, 50-dən çox insan isə yaralanıb.

İyunun 23-də Almaniyanın qərbində yerləşən Firnhaym şəhərində yerli kinoteatra silahlı hücum olub. Atışma zamanı 50 nəfər yaralanıb, 20-yə yaxın şəxs isə əməliyyat zamanı polisin gözyaşardıcı qazdan istifadəsi nəticəsində xəsarət alıb. Təkcə Türkiyədə 1 il ərzində 300-dən çox adam terror nəticəsində həyatını itirib, 1600 nəfərdən çox adam isə yaralanıb.
İyulun 26-da isə Yaponiyada məhdud imkanlı insanların yaşadığı tibb müəssisəsində qətliam törədilib. "RİA-Novosti" agentliyi xəbər verir ki, cinayət ötən gecə Saqamihara (Kanaqava prefekturası) dəmir yolu stansiyasınln iki kilometrliyində törədilib.

Satosi Uemasu adlı silahlı müəssisəyə girərək pasiyentlərə hücum edib. Hücum nəticəsində 19 nəfər həlak olub, 26 nəfər isə yaralanıb. Həkimlərin məlumatına görə, yaralananlardan 20-nin vəziyyəti ağırdır. Müəssisədə hücum zamanı 19 yaşdan 75 yaşa kimi 149 pasiyent olub.

Silahlı hücumdan yarım saat sonra polis bölməsinə gələrək təslim olub. Cinayətin motivləri hələ ki məlum deyil. "Kyodo" informasiya agentliyinin məlumatına görə, cinayətkar bu müəssisədə 2012-ci ilin fevral ayından işləyirdi və o, bu ilin fevralında işdən çıxıb.

Alman polisi hadisə yerində - Sputnik Azərbaycan
Almaniya daha bir terrorla silkələndi

"Kyodo" yazır ki, cinayətkar fevral ayında parlamentə məktub verməyə çalışırdı. Məktubun məzmunu açıqlanmır. Polis bu informasiyanı təsdiq edib. Polis əməkdaşları hadisənin terror aktı olduğunu da təsdiqləməyiblər. Hadisə Bakı vaxtı ilə 21.30-da baş verib. Sözügedən şəxs polisə həmin internatda işlədiyini bildirib.

Əlavə edək ki, bu, Yaponiyada baş verən yeganə terror hadisəsi deyil. "Aum Sinrikyo" adlı terror qruplaşması ölkədə dəfələrlə kütləvi insan qətlinə səbəb olub. 1987-ci ildə yaradılan qruplaşma 1993-cü ilin sonlarında məxfi şəkildə beyni iflic edən zarin qazını istehsal edərək, ölkənin bir sıra şəhərlərində terror hadisələri törədiblər. Onlar, hətta Rusiyadan qeyri-leqal yolla AK-47 avtomat silahının istehsal texnologiyasını da əldə etməyə cəhd göstəriblər. Elə həmin illərdə təşkilat üzvləri kimyəvi silahdan istifadə edərək, Maçumoto şəhərində terror törədərək yeddi nəfərin həyatına son qoyublar. Məlumdur ki, qruplaşmanın fəaliyyəti nəticəsində Rusiyada 24000, Yaponiyada isə 6600 nəfər xəsarət alıb.

Qeyd edək ki, dünya mətbuatında "terrorizm" və "müsəlman" ifadələri tez-tez yan-yana təkrarlanır. Qərb mediaları daha çox terrorçuların "müsəlman" olması üzərində dayanırlar. Lakin son 10 ildə dünyanın müxtəlif bölgələrində baş vermiş terror hücumlarının statistikasına nəzər salanda görürük ki, terror hücumlarının 60 faizi müsəlmanlar yaşadığı ərazilərdə baş verib. Araşdırmalar göstərir ki, müsəlmanlar özləri daha çox terror qurbanlarıdır.

Xəbər lenti
0