Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Avropa öz dəyərlərini terrora qurban vermək istəmir"

© gsr.fmRamin Hacılı
Ramin Hacılı - Sputnik Azərbaycan
Abunə olmaq
Ramin Hacılı: "Əgər terror aktları artaraq davam etsə, Avropa ölkələri məcburən öz dəyərlərindən qismən imtina edə bilər. Yəni, qapıları bağlayıb, içəridə ciddi təmizləmələr aparılması mümkündür"

BAKI, 26 iyul — Sputnik. Bir zamanlar Avropa sərhədlərinə yaxın düşə bilməyən terror, bu gün köhnə qitənin mərkəzində tüğyan edir. Artıq Avropanın əsas ölkələri qanlı olayların əlində "əsir-yesir" qalıb. Sputnik-in əməkdaşı bu mövzu ətrafında, Azərbaycan-Avropa hərəkatının rəhbəri, siyasi aktivist Ramin Hacılı ilə həmsöhbət olub.

Polizei überwacht Flüchtlinge in München - Sputnik Azərbaycan
Almaniyada dəhşətli terror aktı baş verib

- Avropanı, oradakı həyat tərzini yaxından bilən bir insan kimi, necə dəyərləndirirsiz son terror aktlarını? Avropa insanı adiləşməkdə olan terror hücumlarına necə reaksiya göstərir? Avropalıların İslama münasibətində bu, özünü necə göstərir?

— Şərq insanından fərqli olaraq, Avropa insanı, hadisələrə ümumi don geyindirib toplu şəkildə cəzalandırma, qınama metodunu seçmir. Yəni, tutaq ki, hansısa bir müsəlman haradasa terror törətsə, bunu bütün müsəlmanlara, yaxud da o dinə yükləmir. Çünki Avropada hər kəsin yaxın dostu, tanışı olan müsəlmanlar var. Avropa cəmiyyəti sadəcə radikal axınları qəbul etmir və sərt tənqid edir.

- Bəs anti-islam nümayişlərini kimlər təşkil edirlər?

— Əlbəttə, Avropanın özündə də radikal millətçi hərəkatlar var. Amma onlar sayca çox deyillər. Onların mitinqlərini, etdikləri çıxışları, səsləndirdikləri şüarları bütün Avropa edirmiş kimi göstərmək düzgün deyil. Yenə deyirəm, onlar Avropada sayca çox azdırlar.

- Avropa əhalisi artmaqda olan terror hücumlarına görə öz hökumətlərinə necə reaksiya verirlər?

Terror nəticəsində həyatını itirənlərin cansız bədənləri - Sputnik Azərbaycan
Fransa şokda: 84 ölü, 150 yaralı

— Tənqid edirlər. Özü də çox sərt tənqid edirlər. Kəşfiyyat orqanlarının zəif işlədiyini, hökumətlərin bu məsələyə ciddi yanaşmadığını bildirirlər. Siyasətçilərdən daha çox iş görmələrini istəyirlər.

- Yəni fövqəladə vəziyyəti, sərt idarəçiliyi nəzərdə tutursunuz?

— Bəli. Əgər terror aktları artaraq davam etsə, Avropa ölkələri məcburən öz dəyərlərindən qismən imtina edə bilər. Yəni, qapıları bağlayıb, içəridə ciddi təmizləmələr apara bilər.

- Necə təmizləmələr? Müsəlmanlara qarşı?

— Təbii ki, söhbət burada bütün müsəlmanlardan getmir. Radikal görüşlü, cəmiyyətdə nifaq salan, terrorda şübhəli bilinən kəslərin təmizlənməsini nəzərdə tuturam.

- Sizcə, Avropa bunu edərmi? O zaman müsəlman dövlətlərinin buna reaksiyası necə olar?

— Avropa illərlə qan tökərək əldə etdiyi dəyərləri terror aktlarına qurban vermək istəmir. Yəni fövqəladə vəziyyət, sərt idarəçilik elan edib insan haqlarını tapdalamaq istəmir. Həm də onlar digər müsəlman ölkələrin reaksiyalarını da nəzərə alıb, bu cür metodlara baş vurmur.

Xəbər lenti
0