Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiyanın Paralimpiadaya buraxılmamasına azərbaycanlı həmkarları sərt təpki göstərdi

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidRusiyanın paralimpiya üzrə yığma komandasının təntənəli qarşılanma mərasimi. Moskva, Şeremetyevo aeroportu. 18 mart 2014-cü il
Rusiyanın paralimpiya üzrə yığma komandasının təntənəli qarşılanma mərasimi. Moskva, Şeremetyevo aeroportu. 18 mart 2014-cü il - Sputnik Azərbaycan
Abunə olmaq
Kənan Məstəliyev: Bütün ölkə idmançılarına cəza kəsmək, Olimpiadadan uzaqlaşdırmaq absurddur. Bu adamlar bilməlidir ki, idman siyasətdən kənarda olmalıdır.

BAKI, 8 avq-Sputnik. Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) sədri Filip Kreyvenin verdiyi məlumata görə, Rusiya yığması tam heyətdə Paralimpiada-2016-da iştirakı dayandırıb. O bildirib ki, onda Soçidə keçirilən Paralimpiada vaxtı dopinq testləri üçün götürülən nümunələrin dəyişdirilməsi barədə sübutlar var. Bu səbəbdən Rusiya komandası Rio-Paralimpiya 2016 oyunlarında kənarda qalacaq.
Sputnik-in əməkdaşı Azərbaycan bayrağını beynəlxalq yarışlarda ucaldan paraolimpiyaçıların və idman eksperti Kənan Məstəliyevin bu məsələyə münasibətini soruşub.

İdman eksperti Kənan Məstəliyev bildirib ki, bu, növbəti anlaşılmaz qərardır.

"Sağlam idmançılarla bağlı qəbul edilən müvafiq qərarın necə yersiz olduğu, onlara ayrı-ayrı federasiyalar tərəfindən yenidən verilən icazələrlə təsdiq olundu. Bu dəfə də eyni addım atıla bilərdi. Çünki müvafiq federasiyalar işə daha yaxındılar və daha obyektiv qərar verə bilərdilər. Üstəlik, bu yaxınlarda Ümumdünya Anti-Dopinq Agentliyinin müstəqil komissiyasının verdiyi bu hesabatın heç də ideal olmadığı və yenidən incələnməli olduğu haqda açıqlamalar verilmişdi. Yəni, hazırda bu WADA-nın özünün nüfuzu müzakirə mövzusuna çevrilib."

Паралимпиада - 2012. Легкая атлетика - Sputnik Azərbaycan
RUSİYA
Rusiya yığması Paralimpiada-2016-da iştirak etməyəcək
Ekspert bildirib ki, ruslar, xüsusilə də dövlət səviyyəsində dopinqlə bağlı qeyri-qanuni işlər az da olsa görüblər.

"Materiallar göstərir ki, belə bir şey var və əsassız deyil. Ancaq buna görə bütün ölkə idmançılarına cəza kəsmək, özü də Olimpiadadan uzaqlaşdırmaq absurddur. Bir sözlə, bu adamlar bilməlidir ki, idman siyasətdən kənarda olmalıdır."

Parataekvando üzrə Dünya və Avropa çempionu Aynur Məmmədova isə deyib ki, indiyə qədər tam ciddi, bəlkə də belə yoxlanışlar olmadığından paralimpiyaçıların özü və məşqçiləri onlara dopinq veriblər. İdmançılar da onu qəbul ediblər ki, nəticəyə nail olsunlar.

"Məsələn, bizim komandamızda mən və komanda yoldaşlarım heç vitamin də qəbul etmirik ki, dopinq ola bilər."- deyə parataekvandoçu bildirib.

Dünya çempionu Rusiya idmançılarının tam heyətlə yarışa buraxılmaması məsələsində Rusiya Paralimpiya Komitəsini qınayıb:

"Rusiya Paralimiya Komtəsi özü bu vəziyyəti yaradıb. Bildiyimiz kimi, Rusiya idmançılarına, istər olimpiya, istərsə də paralimpiya oyunlarına görə güclü ölkədir. Rusiyanın iştirak etməməsi səbibindən Rio-2016 paralimpiyadasında rəqabət bir az zəif olacaq, ya da kimlərəsə əlavə şans yaranacaq. Əgər həqiqətən də onlar dopinq qəbul edibsə, əlbəttə yarışdan uzaqlaşdırılmalıdırlar. Çoxları dopinqi normal qəbul edib istifadə edirlər və qalib olurlar."- deyə Aynur Məmmədova bildirib. O, həmkarlarının dopinq qəbulu barədə deyib: 

"Əslində dopinq qəbul edən idmançı öz həyatını ölümlə üz-üzə qoyur." 

Cüdo üzrə paralimpiyaçı, Rio-2016 paralimpiya oyunlarının iştirakçısı olacaq Səbinə Abdullayeva rusiyalı idmançıların dopinqə görə yarışa buraxılmamasına belə münasibət bildirib: "Rusiya idmançıları heç də zəif idmançılar deyillər. Onların sırasında adını birinciliyə yazdıracaq idmançılar da vardı. Məhz onların yarışlardan uzaqlaşdırılması Rusiyanın medal qazanma şansını azaltdı, digər ölkələrə medal qazanma şansı yaratdı. Hər halda bütün komandanı uzaqlaşdırmaq doğru addım deyil."

Xəbər lenti
0