Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya yığması Paralimpiada-2016-da iştirak etməyəcək

© Sputnik / Илья Питалев / Mediabanka keçidПаралимпиада - 2012. Легкая атлетика
Паралимпиада - 2012. Легкая атлетика - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya yığması tam heyətdə Paralimpiada-2016-dan uzaqlaşdırılıb.

BAKI, 7 avq-Sputnik. Rusiya yığması tam heyətdə Paralimpiada-2016-da iştirakı dayandırıb.

Bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) sədri Filip Kreyven məlumat verib.

O bildirib ki, onda Soçidə keçirilən Paralimpiada vaxtı dopinq testləri üçün götürülən nümunələrin dəyişdirilməsi barədə sübutlar var.

Onun sözlərinə görə, 7 Rusiya idmançısından götürülmüş 21 nümunə yenidən yoxlanılıb.

Riçard Makleranın başçılığı ilə Dünya Antidopinq Agentliyinin (WADA)müstəqil komissiyası tərəfindən aparılmış araşdırmalar əsasında yeni hesabat hazırlanıb.

Kreyven bildirib ki, laboratoriyanın nəticələrinə görə, "19 nümunə düzgün müayinə edilib. Yerdə qalan 18 nümunənin olduğu şüşələrin qapaqlarında cızıqlar tapılıb. Bu isə onu sübut edir ki, onları açıblar və yenidən istifadə ediblər."

Bir müddət əvvəl Britaniyanın Guardian qəzeti bir mənbəyə istinadla yazmışdı ki, IPC Riçard Makleranın hesabatını əsas götürərək Rusiyanın Paralimpiadada iştirakını tamamilə dayandırmaq barədə qərar qəbul edib.

Xəbər lenti
0