Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Elə tibbi avadanlıq yoxdur ki, ondan Azərbaycanda olmasın"

Abunə olmaq
Ölkəmizdə tibbi xidmətin qiymətlərinin baha, keyfiyyətinin aşağı olması ilə bağlı narazılıqlar olsa da, mütəxəssislər fərqli düşünürlər

BAKI, 30 iyul — Sputnik. "Azərbaycanda tibbi xidmətlər vətəndaşların büdcəsinə görə çox bahadır. Yaxşı həkim, xəstəyə canı yanan klinika, keyfiyyətli dərman tapmaq problemdir. Analizlərin cavabına, diaqnostik aparatlar vasitəsilə qoyulan diaqnozlara, onların əsasında xəstəyə yazılan reseptlərə də inanmaq olmur. Biz ona görə məcbur olub müayinə və müalicə üçün İrana, Rusiyaya, Türkiyəyə üz tuturuq".

Təzyiq ölçən cihaz - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu tibbi cihazlarla - ölümlə oynamayın!

Bu fikirlərin müəllifi bağırsaq xərçəngindən əziyyət çəkən Bakı şəhər sakini Şamama İskəndərovadır. O, Moskva şəhərində 3 dəfə düz bağırsağın bədxassəli şişindən əməliyyat olunub. Hazırda vəziyyəti kafidir. Növbəti dəfə kimyəvi terapiya üçün Rusiyaya getməlidir.

"Amma təyyarə biletləri, Moskvada qalmaq və üstəlik xəstəxana xərcləri baha başa gəlir. Bu səbəbdən vaxtlı-vaxtında gedə bilmirəm. Həm də Rusiyada xarici ölkə vətəndaşları üçün müalicə dövlət xəstəxanalarında belə, pulludur. Mən o pulu yerli klinikalara ödəyə bilərdim. Amma bizim həkimlərə inanmıram və dərmanlarımızın da keyfiyyətinə şübhə edirəm", — deyə Ş. İskəndərova Sputnik-ə bildirib.

Bir müddət əvvəl millət vəkili, ixtisasca həkim olan Asim Mollazadə də Milli Məclisdəki çıxışında Azərbaycanda tibbi xidmətin keyfiyyəti məsələsinə toxunmuşdu. O, Azərbaycanda modern xəstəxanaların inşa edildiyini, onların xaricdən gətirilmiş müasir tibbi avandanlıqlarla təchiz edildiyini, bunun müqabilində isə o xəstəxanalarda və tibbi cihazlarla işləyəcək mütəxəssislərin çox az olduğunu qeyd etmişdi.

Şirvan şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin müdiri Tofiq Hüseynov - Sputnik Azərbaycan
SƏHİYYƏ
"Bütün xəstələrə vaxtında zəruri yardım göstərilib"

Tibb Universitetinin Onkologiya kafedrasının əməkdaşı, tanınmış həkim Vasif İsmayıl isə Sputnik-ə açıqlamasında özəl klinikalarda vəziyyətin düzəlməyə doğru getdiyini deyib: "İnkişaf gedir, kadr potensialı güclənir, xidmətin səviyyəsi artır, müasir avadanlıqlarla təchizat prosesi normal şəkildə gedir. Ola bilər ki, bunlar hansısa dövlət klinikalarında var, amma özəllərdə yoxdur. Yaxud da əksinə. Dövlət klinikalarında olan 1-2 xidmət var ki, onları özəl klinikalarda tapmaq çətindir. Bu da həmin xidmətə görə sertifikatın alınması və digər sənədləşmə işləri ilə bağlıdır".

Mütəxəssislərə gəlincə, V. İsmayıl deyib ki, özəl klinikalarda mütəxəssislərin inkişafının ortalama həddi dövlət klinikaları ilə müqayisədə daha yüksəkdir: "Çünki özəl klinika ona lazım olan sahə ilə bağlı mütəxəssisi yetişdirməkdə maraqlıdır. O istəyir ki, daha çox xəstəni qəbul etmək üçün yaxşı mütəxəssisləri cəlb etsin, yaxud mütəxəssislərin bilik və təcrübəsinin artması üçün lazım olan dəstəyi göstərsin. Özəl klinikalar istənilən mütəxəssisi ya ölkədən, ya da xaricdən tapıb klinikaya cəlb etmək imkanına malikdir".

Tibb avadanlıqlardan səmərəli istifadəyə gəlincə, V. İsmayıl deyib ki, özəl klinikalarda "yatan avadanlıq" yoxdur: "Onlarda klinikaya məhz lazım olan avadanlıqlar alınır və onların hamısından istifadə edilir. Əksər dövlət klinikalarında da istifadəsiz avadanlıq demək olar ki, yoxdur. Bizdə dünyanın başqa yerlərində istifadə edilən bütün avadanlıqlardan demək olar ki, var".

"Mənim sahəm olan urologiyaya baxsaq, deyə bilərəm ki, bizdə xaricdəki klinikalarla müqayisədə hansısa robotlar yoxdur. O robotlar işin keyfiyyətini bir qədər artırır, yaxud da həkimin işini asanlaşdırır, amma ümumi işə onun elə də güclü təsiri yoxdur. Yəni onun burada olmaması faciə deyil", — mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, bizdə mütəxəssislərin tibbi alətdən baş çıxarmamasından söhbət gedə bilməz: "Amma hər bir mütəxəssisin xəta payı var. Bu, dünyanın hər yerində belədir. Mütəxəssis tibbi avadanlıqlardan istifadə edərkən müəyyən xətalara, yanlışlığa yol verə bilər".

V. İsmayılı həkim olaraq, müəyyən sahələrdə edilən analizlərin cavabları qane edir: "Kütləvi hesab olunan analizlərin hamısını etməyə bizdə şərait var. Elə laboratoriyalar var ki, orada qanla müayinələr daha yaxşı aparılır, amma sidiyə yaxşı baxılmır. Yaxud da eləsi var, sidiyə yaxşı baxılır, amma qan yaxşı təyin olunmur. Mən bir həkim olaraq artıq bilirəm ki, harada nəyin analizini daha yaxşı edirlər. Bu gün Azərbaycanda laboratoriyalar tam təşəkkül tapıb".

"Bəzi dövlət klinikalarında analizlərlə bağlı məsələ yaxşı təşkil olunmayıb. Amma Mərkəzi Neftçilər Xəstəxanasında, Gömrük Hospitalında, Tibb Universitetinin klinikalarında, Mərkəzi Kliniki Xəstəxanada analizlərlə bağlı vəziyyət əladır", — həkim vurğulayıb.

V. İsmayıl Azərbaycanda tibbi xidmətlərin bahalı olması fikrini qəbul etmir. "Ola bilsin ki, bizdə bəzi tibbi xidmətlər bəzi ailələrin büdcəsinə uyğun deyil. Amma mənə elə gəlir ki, ölkəmizdə müalicə olunmaq xarici ölkələrdə müalicə almaqdan daha ucuz başa gəlir".

Xəbər lenti
0