Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu tibbi cihazlarla - ölümlə oynamayın!

© Photo : NISSEITəzyiq ölçən cihaz
Təzyiq ölçən cihaz - Sputnik Azərbaycan
Abunə olmaq
Apteklərdən alınan elektron təzyiqölçə aparatlarının keyfiyyətsiz olması, əksər hallarda ümumiyyətlə səhv nəticə göstərməsi ilə bağlı şikayətlər artır. Əczaçılar isə, yararsız çıxanlar cihazlara cavabdeh olmadıqlarını bildirirlər.

BAKI, 13 may — Sputnik. "Şəhərdəki apteklərindən birindən 65 manata elektron təzyiqölçən aparat aldım. Amma, deyilən bütün qaydalara riayət etməyimizə baxmayaraq, aparat səhv nəticə ortaya çıxardı".

Bunu Sputnik-ə müraciət edən, paytaxt sakini Nailə Əhmədova deyib. Onun sözlərinə görə, elektron cihazla atasının təzyiqini ölçərkən, ilk dəfə 174 göstərib, ardınca ikinci dəfə ölçüblər, bu dəfə isə təzyiq 180 olub: "Təcili yardım çağırmalı olduq. Təcili yardım həkimi atamın təzyiqini öz təzyiqölçəni ilə ölçdü və 130 göstərdi. Bu zaman anladıq ki, bizə satılan təziq aparatı xarabdır".

Qadın həmin cihazı aldığı aptekə apararaq qaytarmaq istəyib: "Lakin aptekin müdiri cihazi geri qaytarmaq istəmədi. "Biz elektron cihazlara cavabdeh deyilik" söyləyərək məsuliyyəti boynundan atmağa çalışdı. Mən ödəniş çekini göstərərək, alınan malı 14 gün ərzində geri qaytarmaq və ya dəyişmək, hətta məhkəməyə müraciət etmək hüququmun olduğunu söylədim. Nəhayət, qanunları sadaladıqdan sonra cihazı qaytarıb, pulumu geri ala bildim".

Məsələni Sputnik-ə şərh edən hüquqşunas Səməd Vəkilov, aptekin yanaşmasının qanunsuz olduğunu deyib: "Alıcı aldığı malı 14 gün ərzində, məhsulun alqı-satqısını təsdiq edən çeki ilə birlikdə, satın aldığı müəssisəyə geri qaytara və ya dəyişdirə bilər. Məhsulu dəyişmək istəməyən satıcı alıcıya yazılı surətdə məhsulu geri almama səbəbini bildirməlidir. Bu zaman alıcı məhkəməyə müraciət edə bilər".

Həkim, tibbi ekspert Rasif Bağırov isə Sputnik-ə açıqlamasında, sözügedən yararsız cihazların insanların həyatını riskə atdığını bildirib: "Bu cihazların xüsusi işlədilmə qaydaları var. Xəstənin oturması, üzərində dəmir cihazların olmaması, cihaz taxılmış əlini düzgün tutması əsas şərtlərdəndir. Bunlara əməl olunmadıqda cihaz düzgün rəqəm göstərmir və bu zaman xəstə düzgün müayinədən keçmir".

Ekspert belə cihazlardan peşəkarların istifadə etməsini tövsiyyə edir: "Amma biz həkimlər də elektron olmayan, qulaq ilə eşidilən təzyiq ölçənə üstünlük veririk. Bu aparatlar daha yaxşı və reallığa yaxın olanı göstərir. Ev şəraitinə də belə qulaq ilə ölçülən təzyiq aparatlarının alınmasını məsləhət görərdim. Çalışsınlar, elektron tibbi cihazlar almasınlar".

Xəbər lenti
0