"Sizinlə birlikdə biz yenidən partiyamızı Ağ evə, ölkəmizi isə sabitlik və çiçəklənməyə aparacağıq ", — deyə o bildirib.
Trampın çıxışının mahiyyətini yeni dünya düzənində Amerikanın oynayacağı rol təşkil edib və qətiyyətlə bildirib ki, qısa vaxtda yenidən ABŞ-ın dünyadakı "qüdrətini" geri qaytaracaq. Siyasətçi onu dəstəkləyənləri əmin edib ki, prezident seçiləcəyi təqdirdə onun atacağı addımlar vergilərin aşağı salınmasına, miqrasiyanın məhdudlaşdırlılmasına, ölkə vətəndaşlarının hüquqlarının müdafisinə yönələcək.
Milyarder deyib ki, beynəlxalq ticarətdə "yaxşı müqavilələr" imzalayaraq, Çinin valyuta manipulyasiyalarına və İŞİD-in vəhşiliklərinə birdəfəlik son qoyacaq. Maraqlıdır ki, Tramp çıxışında Rusiyanın adını çəkməyib.
Eksentrik siyasətçi açıq şəkildə öz rəqiblərini hədəf seçərək deyib ki, Ameriakının bu vəziyyətə düşməsinin əsas günahkarları indiki prezident Barak Obama və demoktarların namizədi Hillari Klintondur. O, əmin edib ki, onların yaratdıqları problemləri birdəfəlik həll edəcək.
"Bizim qurutltayımız hazırda ölkənin böhran vaxtında keçirilir. Elə bunun nəticəsidir ki, bizim şəhərlərdə terrorizm həyat tərzimizi təhdid edir… Mənim sizə vacib bir xəbərim var: cinayətkarlıq və zorakılıq tezliklə məhv olacaq. 20 yanvar 2017-ci ildən (bu tarixdə yeni prezident vəzifəsinin icrasına başlayır — red.) təhlükəsizlik bərqərar olacaq", — deyə o, söz verib.
Bununla yanaşı, Respiblikaçıların namizədi ölkənin seksual azlıqlarını, bir qayda olaraq Amerikada səslərini demokratlara verən "rəngli seçiciləri"də yaddan çıxarmayıb. "Sizin prezidentiniz kimi bütün hakimiyyətim dövründə sizi insanlıqla bir araya sığmayan xarici ideoliji təsirlərdən qoruyacağam", — bunları deyərkən siyasətçi, İŞİD-in seksual azlıqlara nifrət ideologiyasını və Orlandoda "Gey kluba" hücumu nəzərdə tutub.
O, qara dərili vətəndaşların və polislərin öldürülməsi ilə müşayət olunan hadisələrdə də Amerikanı irqi ayrıseçkilikdə təhlükəli həddə çatdıran indiki prezidenti ittiham edib. Tramp hesab edir ki, Obama ABŞ-ı hamı üçün təhlükəli ölkəyə çevirib.
Milyarder namizəd, həmçinin indiki hökumətin sosial siyasətini də kəskin tənqid edib: "Baxın, bizim ölkəmizdə yollar və körpülər dağılır, aeroportlarımız elə vəziyyətdədir ki, sanki üçüncü dünya ölkəsinə məxsusdur, 43 milyon amerikalı hələ də arzaq talonlarından istifadə edir".
O, vurğulayıb ki, ölkədəki afroamerikan əhalinin 58%-i aztəminatlı əhali kateqoriyasına aiddir: "İqtisadi fəal əhali isə 14 milyon nəfər azalıb. Amerika dünyada ən yüksək vergilərin olduğu ölkələrdəndir. Vergilərin azaldılması yeni şirkətlərin bura investisiya qoymasına imkan verəcək. Biz enerji istehsalında məhdudiyyətləri aradan qaldırmaqla, təxminən 20 trilyon dollar həcmində uğurlar əldə edə biləcəyik".
Demokratlar Partiyasının namizədi Hillari Klinton da öz növbəsində rəqibinin çıxışlarını tənqid edib, xüsusən onun xarici siyasət barədə dediklərini "təhlükəli" adlandırıb.
Tramp son yüz ildə ABŞ-ın ən böyük partiyasının qeyri-adi manizədlərindən biridir. Heç vaxt seçkilərdə iştirak etməyən və seçkili vəzifələr tutmayan Tramp, qeyri-ənənəvi şüarlardan istifadə edərək praymerizlərdə önə çıxa bilib.
ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq. Trampa qarşı Demoktarlar Partiyasından Hillari Klinton mübarizə aparır.