BAKI, 19 iyun — Sputnik. ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp Rusiya prezidenti Vladimir Putini Vaşinqtona dəvət etməyə hazır olduğunu bildirib.
Tramp "Corriere della Sera" qəzetinə müsahibəsində ABŞ-Rusiya münasibətlərinin tam formatda bərpası ilə bağlı təşəbbüsünün V. Putin tərəfindən dəstəklənməsinə də münasibət bildirib.
O deyib ki, Putinlə razıdır: "Biz münasibətləri dəstəkləməliyik. Rusiya ilə razılığa gəlmək gözəl olar, bu, dünyada vəziyyətə müsbət təsir göstərər. Rusiya da İŞİD terror təşkilatına qalib gəlmək istəyir. Rusiya gücdür və güclərimizi koordinasiya etmək müsbət hal olar".