BAKI, 14 iyul — Sputnik. "Bizə dağıdıcı yox, birləşdirici prezident lazımdır. Ona görə də hesab edirəm ki, Donald Tramp ABŞ üçün təhlükəlidir".
Sputnik ABŞ mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidentliyinə namizəd Hillari Klinton seçkiqabağı mitinqində bildirib. Onun sözlərinə görə, milyarder Donald Trampın seçki kampaniyası olduqca dağıdıcıdır.
"Onun kampaniyası elə dağıdıcıdır ki, indiyədək belə təbliğata rast gəlinməyib", — deyə xanım namizəd qeyd edib.