CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Qafqaz Universiteti təhvil veriləcək

© Photo : qu.edu.azQafqaz Universiteti
Qafqaz Universiteti - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Qasımov: "Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında daha da inkişaf edəcək."

BAKI, 20 iyul-Sputnik. "Sabah Qafqaz Universitetinin kampusunda təhvil-təslim işləri həyata keçiriləcək".

Sputnik xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov deyib.

Bakıda Qafqaz Universitetinin binası - Sputnik Azərbaycan
Bakıdakı Qafqaz Universiteti də qapadıldı
Rektor bildirib ki, Qafqaz Universitetində təhsil sistemi əvvəlki qaydada saxlanılacaq: "Bütün ixtisaslar, abituriyentlərin qəbulu olduğu kimi qalacaq. Qafqaz Universiteti əvvəl necə fəaliyyət göstəribsə, bu gündən sonra da elə fəaliyyət göstərəcək. Sadəcə olaraq, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətini davam etdirəcək. Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında daha da inkişaf edəcək".

E. Qasımov əlavə edib ki, tədris Qafqaz Universitetinin kampusunda davam etdiriləcək.
BANM rektoru onu da qeyd edib ki, sabah Qafqaz Universitetinin rektoru Əhməd Saniç vəzifəsindən azad olunacaq.

Xatırladaq ki, Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.

Qafqaz Universiteti - Sputnik Azərbaycan
ELM
Qafqaz Universitetinin tələbələrinin aqibəti bəlli oldu
Qeyd edək ki, Qafqaz Universiteti Türkiyədə iyulin 15-də baş verən hərbi dövlət çevrilişinə cəhddə ittiham edilən Fətullahın Gülənin təhsil şəbəkəsinə daxildir. 

Qafqaz Universiteti Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə fəaliyyətə başlamış,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli, 203 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdi. Daha sonra mövcud qaydalara əsasən  20.08.2002-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilməsi ilə Universitetin statusunun qanunauyğunluğu bir daha təsbit olunmuşdu.

2014-cü ildə Azərbaycanda Fətullah Gülən məktəbləri adlandırılan, "Çağ Öyrətim İşlətmələri Şirkəti" nə məxsus özəl türk litseylərinin fəaliyyətinə son qoyulub.

Xəbər lenti
0