BAKI, 20 iyul — Sputnik. Beynəlxalq Təhsil Mərkəzi bu gün keçirilən iclasında təsisçisi olduğu Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə qərar qəbul edib. Sputnik xəbər verir ki, qəbul edilən qərarın universitetinin idarəçiliyinin effektivliyini artırmaq məqsədi daşıdığı bildirilir.
Bu gündən rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbi ilə yanaşı, müvəqqəti olaraq Qafqaz Universitetinə rəhbərlik edəcək. Ali təhsil müəssisəsinin pedaqoji heyəti fəaliyyətini, tələbələr isə təhsillərini davam etdirəcəklər.
Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.