© Photo : facebook7 turdan ibarət yarışda maksimum xal toplayan Fuad Əlizadə turnirin qalibi adını qazanıb
7 turdan ibarət yarışda maksimum xal toplayan Fuad Əlizadə turnirin qalibi adını qazanıb
© Photo : facebook
BAKI, 18 iyul — Sputnik. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin təşkilatçılığı ilə 22 iyul — Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında şahmat turniri keçirilib. Sputnik xəbər verir ki, tədbirin açılışında yarışın qaydaları haqqında məlumat verilib.
Qeyd olunub ki, turnirin təşkilində məqsəd ölkəmizdə idmanın bu növünün təbliğinə və Ümumdünya Şahmat Olimpiadasına dəstək verməkdir.
7 turdan ibarət yarışda maksimum xal toplayan Sputnik Azərbaycan-ın əməkdaşı Fuad Əlizadə turnirin qalibi adını qazanıb. Liderdən 1 xal geri qalan Futbolinfo.az-ın əməkdaşı Ceyhun Əliyev ikinci yerlə kifayətlənib. 7 turdan 5 xal toplayan ATV telekanalının müxbiri İlkin Xəlilov üçüncü yeri tutub.
Qeyd edək ki, qaliblərə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən diplom və hədiyyələr təqdim olunub.