Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Bakı Şahmat Olimpiadası şahmat dünyasının əsas yarışıdır"

© Photo : www.bureau.kzŞahmat lövhəsində fiqurların düzülüşü. Arxiv şəkli
Şahmat lövhəsində fiqurların düzülüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Emil Sutovski: Reytinqə görə 40 komanda arasında qərarlaşırıq.

BAKI, 13 iyun-Sputnik. Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandası məşqləri davam etdirir.

Şahmat Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, ilk təlim-məşq toplanışına 6 şahmatçı — Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub. Hazırlıq başa çatandan sonra olimpiadada ikinci komandanın şərəfini qoruyacaq beş şahmatçının adı məlum olacaq. Paytaxtdakı ilk hazırlıq mərhələsi İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilir.

Komandanın məşqçisi Emil Sutovski Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinə müsahibəsində hazırlıq barədə danışıb: "Bu şahmatçılarla əvvəllər də birgə işləmişik. Ona görə heç bir problemimiz yoxdur. Hazırlıq üçün yüksək səviyyədə şərait yaradılıb. Böyük potensiala malik şahmatçılardır. Onlarla işləmək olduqca maraqlıdır."
Məşqçu ilk hazırlıq mərhələsində debüt — açılış üzərində işlədiklərini söyləyib və hazırlıqlardan razı qaldığını dilə gətirib:

"Şahmatda debüt çox vacibdir. Müasir şahmatda debütdən çıxmaq əsas problemlərdən biridir. Şahmatçılarla müxtəlif debütlər üzərində çalışırıq. Özümlə kompüterdə çoxlu material gətirmişəm. Debütlə yanaşı müxtəlif variantlar zamanı gedişləri öyrənirik. Ümumi müzakirə zamanı maraqlı məlumatlar əldə olunur. Bu gün beşinci məşq günümüzdür. Hazırlıqdan razıyam."

Emil Sutovski Bakı Şahmat Olimpiyadasında komandanın məqsədlərindən danışıb.

"Bakı Şahmat Olimpiadası şahmat dünyasının əsas yarışıdır. Azərbaycan paytaxtında dünyanın ən güclü komandaları və şahmatçıları mübarizə aparacaq. Ölkənin ikinci komandası kimi layiqli çıxış etməyə çalışacayıq. Reytinqə görə 40 komanda arasında qərarlaşırıq. Məqsədimiz mümkün qədər yaxşı çıxış etməkdir. Əgər şahmatçılar bacardıqları oyunu göstərsələr ilk onluğa düşmək mümkündür".

Qeyd edək ki, Azərbaycan təşkilatçı ölkə kimi 42-ci Ümumdünya Şahmat Olimpiadasında 3 kişi və 3 qadın komandasıyla təmsil olunacaq.

Xəbər lenti
0