"O, bacardıqca çox adam öldürmək istəyirdi"

© REUTERS / Eric GaillardTerror nəticəsində həyatını itirənlərin cansız bədənləri
Terror nəticəsində həyatını itirənlərin cansız bədənləri - Sputnik Azərbaycan
Abunə olmaq
14 iyul 2016-cı il Fransa tarixinə qanlı Bastilya günü kimi düşdü

BAKI, 15 iyul — Sputnik. Nitsa şəhərində yük maşınının, Bastiliya qalasının alınması münasibəti ilə atəşfəşanlığa baxan kütləyə çırpılması və bunun ardınca sürücünün atəş açması Fransa tarixinə növbəti terror aktı kimi düşdü. İlkin təsdiqlənmiş məlumata görə, 84 nəfər həyatını itirib, 150 nəfər yaralanıb.

Terror nəticəsində həyatını itirənlərin cansız bədənləri - Sputnik Azərbaycan
Fransa şokda: 84 ölü, 150 yaralı

Yaralananların 54 nəfəri azyaşlıdır ki, onların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. Ölənlər arasında çoxlu xarici ölkə vətəndaşları da var.

Artıq Fransada üç günlük matəm elan olunub. Şahidlərin sözlərinə görə, sürücü daha çox adam öldürmək üçün maşını qəsdən ziqzaqvari sürürmüş.

"Əvvəlcə bizə elə gəldi ki, sürücü nəsə özünü pis hiss edir. Amma dərhal da bu fikirlər alt-üst oldu. O, açıq şəkildə bacardıqca çox adam öldürmək istəyirdi ", — şahidlərdən biri deyib.

Prezident Fransua Olland bəyan edib ki, terrorçu qarşısına yalnız "öldürməyi, əzməyi, məhv eləməyi" məqsəd qoyubmuş. Sonradan elə intensiv atəş açılıb ki, insanlar əvvəlcə bunu atəşfəşanlığın davamı hesab ediblər. Bundan sonra kimlərinsə əsir götürülməsi barədə xəbərlər yayılsa da, bu, təsdiqini tapmayıb.

Əraziyə özünü çatdıran polislər terrorçunu dərhal öldürüblər. Hadisə yerinin yaxınlığında yerləşən Negresco hoteli dərhal səhra hospitalına çevrilib.

"Röyters"in istintaq qrupuna yaxın mənbədən aldığı məlumata görə, hadisəni törədən 31 yaşlı, Tunis əsilli Fransa vətəndaşı olub. Sonra Fransa KİV-i onun adını açıqladı: Məhəmməd Buhlel (Mohamed Lahouaiej Bouhlel).

Terror qurbanı olan balaca qız - Sputnik Azərbaycan
Fransanı qana boyayan terrorçunun kimliyi bəlli oldu

Onun bu vaxta qədər bir sıra qanun pozuntularına görə, polis tərəfindən saxlanıldığı məlum olub. Terrorçunun radikal qruplaşmalarla əlaqəsinin olub-olmaması araşdırılır. Tunis Xarici İşlər Nazirliyi (XİN) də cinayətkarın terrorçular siyahısında olmadığını açıqlayıb.

Qonşuları Buhlelin axır vaxtlar arvadından ayrıldığı və maliyyə problemlərinə görə depressiya içərisində olduğunu deyiblər. Onların sözlərinə görə, Buhlel dindar olub.

Terror aktından sonra maşının içərisində telefon, tapança və digər silah-sürsat tapılıb. "Frans Pres"in xəbərinə görə yük maşını hadisədən bir neçə gün əvvəl icarəyə götürülübmüş.

Terakta görə məsuliyyəti heç bir terror təşkilatı öz üzərinə götürməyib. Bəzi ekspertlərin fikrincə, bu hadisədə İŞİD-in əlinin olması istisna edilmir. Belə versiyanı İspaniyanın daxili işlər naziri də irəli sürüb.

Hələ may ayında Fransanın daxili təhlükəsizlik baş idarəsinin rəhbəri Patrik Kalvar terrorçuların nəqliyyat vasitələrindən yararlanaraq hücum edəcəkləri barədə xəbərdarlıq etmişdi.

Rusiyanın baş naziri Dmitri Medvedyev terror qurbanlarının yaxınlarına verdiyi başsağlığında deyib: "Terrorçular yalnız güclə hesablaşır və ondan istifadə edirlər".

Ollanda ünvanladığı məktubunda prezident Putin hadisəni "insanlığa sığışmayan, barbar terror hücumu" adlandırıb.

Amerika prezidenti Barak Obama Nitse hadisəsini, Olland xalqa müraciət etməmişdən əvvəl terror aktı adlandırıb. ABŞ lideri istintaqa kömək etməkdə və terrorla mübarizədə ölkəsinin Fransanın yanında olduğunu bəyan edib.

Azərbaycan prezidenti İlham Əliyev də Fransa Prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: "Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyir. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".

Xəbər lenti
0