İkinci Yelizavetanın on üçüncü baş naziri

© REUTERS / Neil HallTereza Mey
Tereza Mey - Sputnik Azərbaycan
Abunə olmaq
Teraza Mey: "Kameronun hökuməti ölkənin vahidliyini təmsil edən yeganə komanda idi. Mən məhz bu ruhda İngiltərənin bütövlüyü üçün fəaliyyətimi davam etdirəcəyəm"

BAKI, 14 iyul — Sputnik. Nəhayət Britaniya öz tarixinin əlamətdar günlərdən birini arxada qoydu: parlamentdəki göz yaşları, sevinc qarışıq alqış sədaları altında Teraza Mey baş nazir olmaqla, əsas nazirliklərin şefləri təsdiqləndi. Günün əsas sensasiyası sayılacaq hadisə isə, təbii ki, Londonun keçmiş meri Boris Consonun xarici siayasət idarəsinin rəhbəri postuna gətirilməsidir.

Boris Conson - Sputnik Azərbaycan
Türk əsilli siyasətçi Britaniyanı idarə etmək istəmir

23 iyun referendumunda britaniyalıların əksəriyyəti Avropa İttifaqından çıxmağa səs verəndən sonra Devid Kameronun istefa verəcəyi gün kimi aydın idi. Kameron günün birinci yarısı parlametndə özünün sonuncu sessiyasını keçirərək həmkarlarının suallarını cavablandırmışdı.

Bu sessiya ingilis parlamentinin əvvəkli ənənəvi iclaslarına qəti bənzəmirdi: deputatlar baş nazir haqqında yalnız xoş sözlər deyir və zarafatlaşırdılar. Kameronun müxalifət lideri Ceri Korbinlə səmimi söhbəti, sevimli pişiyi Larrinin Dauninq-stritdə qalacağı, uşaqlarının və xanımının təbəssümü, bir sözlə hər şey çox səmimi idi. Elə sabiq baş naziri yola salan insanların sürəkli alqışları da olduqca səmimi və təbii görünürdü.

Yerli vaxtla axşam saat 17:00 radələrində Dauninq-strit 10 ünvanında yerləşən məşhur evi tərk edən Baş nazir, jurnalistlər və ora yığılan insanlar qarşısında qısa çıxış edərək bildirdi ki, keçən altı il ərzində ölkə daha da güclənib, iqtisadiyyatı isə möhkəmlənib. Kameron öz xələfinə "Brexit" üzrə danışıqlarda uğurlar arzulayaraq bildirib ki, xanım Mey ölkə üçün zəruri olan siyasi liderliyi təmin edə biləcək.

Bunun ardınca isə kraliça İkinci Yelizavetanın qəbulu proseduru reallaşdı. Qəribədir ki, Kameron kraliça ilə vidalaşıb rəsmən istefasını bildirdikdən cəmi 26 saniyə sonra Bukinqem sarayına yeni baş nazirin korteji daxil olub.

Xatırladaq ki, Tereza Mey İkinci Yelizavetaya təzim edən 13-cü baş nazirdir, kraliçanın ilk dəfə xeyir-dua verdiyi baş nazir isə Uinston Cörçil olub.

Böyük Britaniya və Avropa İttifaqı bayraqları - Sputnik Azərbaycan
TƏHLİL
Böyük Britaniyasız Avropa İttifaqının gələcəyi - ən arzuolunmaz ssenari hansıdır?

Dauninq-stritdəki birinci çıxışında xanım Mey deyib ki, o, sələfinin siyasi kursunu davam etdirəcək: "Kameronun hökuməti ölkənin vahidliyini təmsil edən yeganə komanda idi, mən məhz bu ruhda İngiltərənin bütövlüyü üçün fəaliyyətimi davam etdirəcəyəm. Devid Kameronun təmiz irsi təkcə iqtisadi uğurlarla deyil, həmçinin sosial ədalətiylə seçilirdi".

Xanım baş nazir deyib ki, "Brexit" Böyük Britaniya üçün ciddi dəyişikliklər vəd edir. Yeni baş nazir bir çox təyinatlar versə də, onların içərisində hamını təəccübləndirəni Londonun keçmiş meri Boris Consonun xarici işlər naziri təyin olunması idi. Mey onu partiyanın "ürəyi" adlandıraraq bildirib ki, həmişə Consona etimad göstərib.

Nə qədər qəribə olsa da, bu təyinat həm də təbii görünür. Çünki İngiltərənin Avropa İttifaqından çıxmasının təşəbbüskarlardan biri məhz Consondur. Ekspetrlərin fikrincə, xarici işlər naziri postunu əldə etməsi bu siyasətçinin gələcək karyerası üçün böyük perspektivlər vəd edir.

Xəbər lenti
0