Türk əsilli siyasətçi Britaniyanı idarə etmək istəmir

© REUTERS / Mary TurnerBoris Conson
Boris Conson - Sputnik Azərbaycan
Abunə olmaq
Boris Conson Britaniyanın Mühafizəkarlar Partiyası sədrliyinə və Baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcək

BAKI, 30 iyun — Sputnik. Londonun keçmiş meri Boris Conson Britaniyanın Mühafizəkarlar Partiyası sədrliyinə və Baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcək. Sputnik Report-a istinadən xəbər verir ki, o, krallığın Avropa İttifaqından çıxması haqqında təbliğat kampaniyasının liderlərindən biri idi.

Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey - Sputnik Azərbaycan
Yeni Baş nazir qadın ola bilər

Məlumata görə, bu gün Britaniyanın daxili işlər naziri Tereza Mey və ədliyyə naziri Maykl Qouv baş nazir vəzifəsinə namizədliklərini irəli sürüblər.

Xatırladaq ki, iyunun 23-də Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması məsələsi ilə bağlı referendum keçirilib. Həmin referendumda seçicilərin 51,8 faizi ittifaqdan çıxmağın, 48,2 faizi isə qalmağın lehinə səs verib.

Bu siyasi kampaniyanın nəticəsi elan olunduqdan sonra hazırkı baş nazir Devid Kemeron üç ay ərzində özünün və hökumətinin istefa verəcəyini bildirib. Krallıqda Baş nazirin sentyabrın 2-də seçilməsi nəzərdə tutulub.

Xəbər lenti
0