BAKI, 12 iyul — Sputnik. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər heyəti — baş katib Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib. Yığıncaqda ölkənin əksər ağır atletika məşqçi-mütəxəssisləri iştirak ediblər.
Sputnik AAAF-ın rəsmi saytına istinadən xəbər verir ki, baş katib Rizvan Rəsulov iclası açaraq, son zamanlar ağır atletikamızda baş verən hadisələr haqqında məlumat verib və məşqçilərin son dərəcə məsuliyyətli olmasının vacibliyini qeyd edib.
Federasiyanın vitse-prezidenti Ruslan Xanverdiyev Respublikamızda ağır atletikanın inkişafı üçün yaradılan şəraitin dünyanın heç bir ölkəsində olmadığını vurğulayıb. O, iclas zamanı yeni ağır atletika zallarının regionlarda inşa etdirilməsi haqqında da məlumat verib.
Yığma komandanın böyük məşqçisi Tofiq Heydərov bundan sonrakı fəaliyyət planı haqqında danışaraq Respublikamızda ağır atletikanın gələcəyinin parlaq olacağına inamını dilə gətirib. Ağır atletika ilə məşğul olan yüzlərlə yeniyetmə istedadlı atletlərimizin olduğunu qeyd edən mütəxəssis, yeni məşqçi heyəti işini düzgün quracağı halda, uğurların çoxalacağına əmin olduğunu qeyd edib.
Sonra səsvermə yolu ilə bütün yaş qruplarında yığma komandalara məşqçilər heyəti seçilib. Səsvermə zamanı 58 məşqçi və mütəxəssisin adı olan namizəd siyahısı təqdim edilib. Onların içərisindən ən çox səs toplayanlar müvafiq postlara seçiliblər.
Əməkdar məşqçi Maksum Xasanov səs çoxluğu ilə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi seçilib. Gənclər arasında yığma komandaya əməkdar məşqçi Kərim Kərimov, yeniyetmələr arasında yığmaya Anar Qasımov, qadınlar arasında yığma komandaya isə moldovalı Nataliya Prişepa baş məşqçi təyin olunub. Oktay Muxtarov isə yığma komandaların rəisi postuna təyin edilib.
Məşqçilərin tam siyahısı aşağıdakı kimidir:
Böyüklərdən ibarət yığma (əsas komanda)
Baş məşqçi: Maksum Xasanov (əməkdar məşqçi)
Köməkçilər:
— Məmməd Məmmədov (əməkdar məşqçi)
— Zəfər Tağıyev
— Soltan Kərimov (əməkdar məşqçi)
— Elnur Hüseynov
Gənclərdən ibarət yığma komanda
Baş məşqçi: Kərim Kərimli (əməkdar məşqçi)
Köməkçilər:
— Azad Nurməmmədov (əməkdar məşqçi)
— Emil Əliyev
— Teymur Əliquliyev (əməkdar məşqçi)
— Akif Alıyev
Yeniyetmələrdən ibarət yığma komanda
Baş məşqçi: Anar Qasımov
Köməkçilər:
— Nizam Rufullayev
— Azər Hacıxəlilov (əməkdar məşqçi)
— Vüsal Ağayev
— Ağakərim Kərimov
— Asif Məmmədov (U-15)
— Elxan Süleymanov (U-15)
— Ağalar Muxtarov (U-15)
— Zülfüqar Süleymanov (U-15)
— Turan Abdullayev (U-15)
Qadınlardan ibarət yığma komanda
Baş məşqçi: Natalya Prişepa
Köməkçilər:
— Hafiz Süleymanov
— Taleh Hüseynov
— Rayət Abdalov (əməkdar məşqçi)
— Təranə Abbasova