Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Luxembourg Open"dən 7 medalımız var

© AP Photo / Dmitry LovetskyBakı-2015 Avropa Oyunları çərçivəsində taekvondo yarışlarının yarımfinalında Culio Ferrera (Portuqaliya) və Milad Beyqi Harçeqaninin (Azərbaycan) döyüşü. Bakı, 18 iyun 2015-ci il
Bakı-2015 Avropa Oyunları çərçivəsində taekvondo yarışlarının yarımfinalında Culio Ferrera (Portuqaliya) və Milad Beyqi Harçeqaninin (Azərbaycan) döyüşü. Bakı, 18 iyun 2015-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Taekvando yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edərək, böyüklər arasında yarışlarda medal sayına əsasən, komanda hesabında ikinci yerə layiq görülüb

BAKI, 12 iyul — Sputnik. Taekvondo üzrə böyüklərdən ibarət yığma komandamız Lüksemburqda keçirilən G-1 kateqoriyalı "Luxembourg Open" beynəlxalq turnirində iştirak edib. Bu barədə Sputnik-ə Azərbaycan Taekvando Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Akrobatik gimnastika - Sputnik Azərbaycan
İDMAN
Gimnastlarımız dünya kuboku uğrunda yarışıblar

Bildirilib ki, böyüklər arasında keçirilmiş yarışlarda bütün qaliblər müəyyən olub. Belə ki, yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edərək, böyüklər arasında yarışlarda medal sayına əsasən, komanda hesabında ikinci yerə layiq görülüb.

Nəticə qazanan yığma üzvlərini diqqətinizə çatdırırıq:

I yer — Məhəmməd Məmmədov (-63 kq)
I yer — Ayxan Tağızadə (-68 kq)
I yer — Milad Beigi Hərçəqani (-80 kq)
II yer — Səid Quliyev (-74 kq)
II yer — Fəridə Əzizova (-67 kq)
III yer — Məcid Sofiyev (-54 kq)
III yer — Radik İsaev (87+ kq)

Xatırladaq ki, yığmamız iyul ayının 12-də Bakıya qayıdacaq.

Xəbər lenti
0