BAKI, 11 iyul — Sputnik. Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, ölkəmizi yarışda Marina Durunda və Jalə Piriyeva təmsil ediblər.
Otuz altı gimnast arasında keçirilən çoxnövçülük yarışlarında idmançımız M.Durunda 7-ci, J.Piriyeva isə 19-cu yerdə yarışı bitirib. Ayrı-ayrı alətlər üzrə finallarda çıxış edən M.Durunda lentlə 6-cı, gürzlərlə 7-ci, halqa və topla hərəkətlərdə 8-ci yerləri tutub.