Onlar bu günü heç vaxt unutmayacaqlar

© Photo : Getty ImageBraziliya yığma komanda azərkeşləri. Arxiv şəkli
Braziliya yığma komanda azərkeşləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2 il əvvəl bu gün futbol dünyasını şoka salan hadisə yaşandı

BAKI, 8 iyul — Sputnik. 2014-cü il iyulun 8-də futbol üzrə dünya çempionatının finalında Almaniya ilə Braziliya yığma komandaları üz-üzə gəlib. Belo Horizonte şəhərində "Mineirao" stadionunda keçirilən görüşün birinci hissəsi 5:0 hesabı ilə alman futbolçuların üstünlüyü ilə başa çatıb — topların beşi də ilk yarım saat ərzində vurulub.

İtaliya yığmasının üzvü Simone Zaza irlandiyalı Darren Randolfla toqquşadan sonra əllərilə üzünü örtür - Sputnik Azərbaycan
İDMAN
Avropa çempionatında favorit komandadan acı məğlubiyyət

Braziliya komandasının qapısından topları Thomas Müller (11-ci dəqiqədə), Miroslav Klose (23-cü dəqiqədə), Toni Kroos (24-cü və 26 dəqiqələrdə) keçiriblər. Oyunun ikinci hissəsində André Schürrle (69-cu və 79-cu dəqiqələrdə) Braziliya millisinin qapısından daha iki qol vurub.

Yeganə cavab qolu Almaniya komandasının qapısından görüşün son dəqiqələrində Oscar dos Santos keçirib. Nəticədə Almaniya millisi braziliyalıları 7:1 hesabı ilə məğlub edib.

"Mən şok içindəyəm. Bu, inanılmazdır. Onların oyunu məşqə oxşayır, sanki komandalardan biri o birisini məşq etdirir. Xüsusilə hücumçuları saxlayan müdafiəçilər zəif görünür", — oyun əsnasında Braziliya millisinin keçmiş üzvü Jununho deyib.

Bu vaxta qədər Braziliya komandası ən böyük hesabla 1920-ci ildə Çilidə Uruqvay millisinə 0:6 hesabı ilə məğlub olmuşdu.

Xəbər lenti
0