CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siqaret çəkməyə görə ölüm cəzasından xəbəriniz vardı?

© Photo : PUBLIC DOMAINİçki içmə qadağası
İçki içmə qadağası - Sputnik Azərbaycan
Abunə olmaq
Osmanlı imperiyasında gecə azanı ilə səhər azanı arasında küçəyə çıxmaq qadağan idi

BAKI, 5 iyul — Sputnik. Osmanlı dövründə maraqlı qadağalar tətbiq olunub. Sputnik milliyet-ə istinadla onların bəzilərini təqdim edir:

Müsəlman olmayanlara cariyə satmaq qadağan idi. İstanbulda böyük bir əsir bazarı vardı. Ticarət məqsədi ilə gələn xaricilərin qısa bir müddət ərzində buradan əsir və cariyələri alıb istifadə etdikdən sonra küçəyə buraxmalarından sonra, 1559-cu ildə çıxarılan qanunla qeyri-müsəlmanlara əsir satılması qadağan edildi.

Yeni Zellandiyada “Hobbit” filminin çəkildiyi məkan - Sputnik Azərbaycan
Əcnəbilərə qeyri-adi qadağa

Yatsı azanı ilə səhər azanı arasında küçəyə çıxmaq qadağan idi. Küçələrə fanarların qoyulmasından əvvəl verilən bir qərardır. Küçələrin təhlükəsizliyi kafi olmadığından və gecələri küçəyə çıxan xalqın bir qiyama səbəb ola biləcəyi düşünülərək uzun illər tətbiq olunub.

Qəhvəxana və tütün qadağası mövcud idi. Tütün Osmanlılara 17-ci əsrdə gəlib və qısa bir müddətdə çox geniş yayılmışdı. Dördüncü Murad zamanında isə tütündən istifadə ölümlə cəzalandırılırdı.

İçki qadağası var idi. Müxtəlif dövrlərdə bu qadağa tətbiq edilsə də, ən sərti isə dördüncü Murad zamanında olub.

© Photo : PUBLIC DOMAINHərəm.
Hərəm - Sputnik Azərbaycan
1/9
Hərəm.
© Photo : PUBLIC DOMAINQəhvəxana.
Qəhvəxana - Sputnik Azərbaycan
2/9
Qəhvəxana.
© Photo : PUBLIC DOMAINQayıqda təsvir olunmuş qadın
Qayıqda təsvir olunmuş qadın - Sputnik Azərbaycan
3/9
Qayıqda təsvir olunmuş qadın
© Photo : PUBLIC DOMAINQaraçılar.
Qaraçılar - Sputnik Azərbaycan
4/9
Qaraçılar.
© Photo : PUBLIC DOMAINİçki içmə qadağası.
İçki içmə qadağası - Sputnik Azərbaycan
5/9
İçki içmə qadağası.
© Photo : PUBLIC DOMAINTaxta başmaq geymə qadağası.
Taxta başmaq geymə qadağası - Sputnik Azərbaycan
6/9
Taxta başmaq geymə qadağası.
© Photo : PUBLIC DOMAINYatsı azanı ilə səhər azanı arasında küçəyə çıxmaq qadağası.
Yatsı azanı ilə səhər azanı arasında küçəyə çıxmaq qadağası - Sputnik Azərbaycan
7/9
Yatsı azanı ilə səhər azanı arasında küçəyə çıxmaq qadağası.
© Photo : PUBLIC DOMAINQadınların Əyyubda qaymaq dükanına girməsi qadağası.
Qadınların Əyyubda qaymaq dükanına girməsi qadağası - Sputnik Azərbaycan
8/9
Qadınların Əyyubda qaymaq dükanına girməsi qadağası.
© Photo : PUBLIC DOMAINOsmanlıda qadınlara açıq geyinmə qadağası.
Osmanlıda qadınlara açıq geyinmə qadağası - Sputnik Azərbaycan
9/9
Osmanlıda qadınlara açıq geyinmə qadağası.
1/9
Hərəm.
2/9
Qəhvəxana.
3/9
Qayıqda təsvir olunmuş qadın
4/9
Qaraçılar.
5/9
İçki içmə qadağası.
6/9
Taxta başmaq geymə qadağası.
7/9
Yatsı azanı ilə səhər azanı arasında küçəyə çıxmaq qadağası.
8/9
Qadınların Əyyubda qaymaq dükanına girməsi qadağası.
9/9
Osmanlıda qadınlara açıq geyinmə qadağası.

Qadın və kişilərin qayıqlara birlikdə minmə qadağası mövcud idi. Fateh Mehmet zamanından ikinci Əbdülhəmid zamanına qədər davam edib. Kadınların kişilərlə qayıqlar içərisində əlverişsiz davranışlar edə biləcəyi düşünülərək qoyulmuş bir qadağa idi.

Qadınların Əyyubda qaymaq dükanına girməsi qadağan edilmişdi. Bu, 16-cı əsrdə qoyulmuş bir qadağa olub. Əyyub Sultanı ziyarət etmək bəhanəsiylə getdikləri qaymaq satılan dükanlarda kişilərlə görüşdükləri müəyyən edildikdən sonra qoyulmuş bir qadağadır.

Nazik siqaretlər - Sputnik Azərbaycan
Nazik siqaretlərin satışı qadağan oluna bilər

Osmanlıda qadınlara açıq geyinmə qadağası mövcud idi. Müxtəlif dövrlərdə bununla bağlı fərman verilərək, açıq paltarlar geyərək kişiləri başdan çıxartmağa çalışan qadınların və bu paltarları tikən dərzilərin cəza alacaqları bildirilmişdi.

Qadınlara gəzmək qadağası var idi. Qadınların gəzməli yerlərdə sevgililəriylə görüşəcəkləri düşünülərək 1752-ci ildə qoyulmuş bir qadağadır.

Hamama gedən qeyri-müsəlmanlara taxta başmaq geymə qadağası var idi. Hamamlarda müsəlman və müsəlman olmayanları ayırd etmək məqsədiylə qoyulmuş, səbəbi bilinməyən bir qadağadır.

Şəhər içərisində ata və arabaya minmək qadağan idi. 17-ci əsrə qədər şəhər içərisində arabaya və ata minmək qadağan idi.

Qaraçılara ata minmək qadağası da var idi.

Xəbər lenti
0