Əcnəbilərə qeyri-adi qadağa

© Photo : Ali Akber YıldırımYeni Zellandiyada “Hobbit” filminin çəkildiyi məkan
Yeni Zellandiyada “Hobbit” filminin çəkildiyi məkan - Sputnik Azərbaycan
Abunə olmaq
"Ayağınızdakı ayaqqabılarla son 1 ayda hansısa bir fermer təsərrüfatında olmusunuzmu?" və ya "Üzərinizdə hər hansı bir bitki, toxum, qida maddəsi daşıyırsınızmı?"

BAKI, 22 iyun — Sputnik. "Yeni Zelandiyada kənd təsərrüfatı və heyvandarlıqla bağlı fərqli bir model mövcuddur. Bu, kənd təsərrüfatından yazan bir jurnalist üçün laboratoriya əhəmiyyəti daşıyır. Yeni Zelandiyada istehsalın 90 faizi ixrac edilir".

Bunları kənd təsərrüfatı üzrə türkiyəli araşdırmacı-yazar Ali Akber Yıldırım, Yeni Zelandiyadan hazırladığı reportajda qeyd edir: "Ölkəyə ayaq basmazdan əvvəl, təyyarədə bütün sərnişinlərin doldurması zəruri olan bir forma verildi. Adınız, soyadınız, pasport nömrəniz, ölkədə nə qədər qalacağınız kimi klassik suallarla yanaşı, ən maraqlı sual "ayağınızdakı ayaqqabılarla son 1 ayda hansısa bir fermer təsərrüfatında olmusunuzmu?" oldu. Bir başqa maraqlı sual isə yanınızda hər hansı bir bitki, toxum, qida maddəsi gətirib-gətirmədiyinizlə bağlıdır".

Bu sualların niyə verildiyinə gəlincə, jurnalist yazır: "Yeni Zelandiya heyvandarlıq və əkinçilik ölkəsidir. Heyvan xəstəliklərinin qarşısını almaq üçün ayağınızdakı ayaqqabının təmiz olmasına baxılır. Xəstəlik daşıma riskinə qarşı tədbir görülür. Son bir ayda ayaqqabı ilə bir ferma təsərrüfatına getdiyinizi bəyan etsəniz, sizi başdan aşağı dezinfeksiya edərək ölkəyə buraxırlar. Beləcə xəstəliyin ölkəyə girməsinə mane olurlar".

"Bitki və qida maddəsi qəti şəkildə ölkəyə buraxılmır. Bir sərnişinin təyyarədə özünə ikram edilən bananı çantasına qoyduğu üçün 1 saatdan çox gözlədildiyini öyrənirik", — Yıldırım bildirir.

© Photo : Ali Akber YıldırımYeni Zellandiyada “Hobbit” filminin çəkildiyi məkan.
Yeni Zellandiyada “Hobbit” filminin çəkildiyi məkan - Sputnik Azərbaycan
1/3
Yeni Zellandiyada “Hobbit” filminin çəkildiyi məkan.
© Photo : Ali Akber YıldırımYeni Zellandiyada “Hobbit” filminin çəkildiyi məkan.
Yeni Zellandiyada “Hobbit” filminin çəkildiyi məkan - Sputnik Azərbaycan
2/3

3/3

Onun sözlərinə görə, ayrıca siqaret məsələsində də Yeni zelandiyalılar çox həssasdırlar: "Yanınızda ancaq 50 ədəd siqaret götürə bilərsiniz. Üstəlik ölkədə siqaretin bir paketi 20 Yeni Zelandiya dollarıdır".

Türkiyəli yazarın qeydlərinə görə, bura baytarların ən az iş gördüyü ölkə olaraq bilinir: "Bu səbəbdəndir ki, Yeni Zelandiyada heyvan xəstəliyi deyə bir problem yoxdur. İlin hər dövründə yağış yağan Yeni Zelandiyada heyvandarlıq tamamilə ot və çəmənliyə söykənir. Gəzdiyimiz fermaların çoxunda universitet məzunu ər-arvad və yanında bir və ya iki nəfər çalışır. Heyvanlar gündə iki dəfə sağılır".

"Burada əsasən iki əhəmiyyətli iş var: Biri heyvanların sağılması, digəri isə otlaq və çəmənliklərin yetişdirilməsidir. Bir fermer özünə aid əraziləri böyüklüyünə görə parçalara ayırır və rotasiya qaydasında heyvanları 12 ay bəsləyir", — araşdırmaçı əlavə edir.

Onun bildirdiyinə görə, Yeni Zelandiyada heyvandarlığa heç bir dövlət dəstəyi yoxdur: "Yem xərci çox aşağıdır. Bu səbəbdən ət və südün qiyməti ucuzdur. Heyvandarlıqda heç bir dövlət dəstəyi yoxdur. Yeni Zelandiyada dövlət hədəfləri təyin edir. Ehtiyac olduğunda dəstək verərək sektorun önünü açır. Təyin olunan hədəfə çatmaq üçün hər kəs öz sahəsində ən yaxşısını etmək üçün çalışır. Kimsə bir-birinin ayağını basmır. Heyvandarlıqla məşğul olanlar, istehsal etdikləri üçün əl üstündə tutulur".

Xəbər lenti
0