Nazik siqaretlərin satışı qadağan oluna bilər

© Sputnik / Murad OrujovNazik siqaretlər
Nazik siqaretlər - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin mərhələdə təklif tövsiyə xarakterli olacaq. Lakin istehsalçılar tövsiyənin sonrakı mərhələdə konvensiyanın iştirakçısı olan ölkələr üçün məcburi olmasından ehtiyatlanır.

BAKI, 21 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nazik ("slims" — red.) siqaretlərin satışı məhdudlaşdırmağı, hətta qadağan etməyi təklif etmək niyyətindədir. APA-Economics xəbər verir ki, bu barədə "Kommersant" qəzeti işçi qruplarından birinin hesabatına istinadən yazır.

Qəzetin iddiasına görə, təklif təşkilatın tütünə qarşı çərçivə konvensiyasına həsr olunan konfransda səslənə bilər: "İlkin mərhələdə təklif tövsiyə xarakterli olacaq. Lakin istehsalçılar tövsiyənin sonrakı mərhələdə konvensiyanın iştirakçısı olan ölkələr üçün məcburi olmasından ehtiyatlanır. Məsələn, Rusiya bazarındakı siqaretlərin 40%-i zərbə altında olacaq".

Xəbər lenti
0