Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Almaniya-İtaliya qarşılaşması: qələbə asan olmadı

© Sputnik / Антон Денисов / Mediabanka keçidAvropa çempionatı
Avropa çempionatı - Sputnik Azərbaycan
Abunə olmaq
Qalan vaxtda və əlavə edilmiş yarım saatda başqa qol olmayınca 3-cü yarımfinalçını təyin etmək üçün penaltilərə müraciət olunub. Əsas həyəcan isə bu zaman yaşanıb. Hər iki tərəfdən qeyri-dəqiqlik çox olduğu üçün 9 nəfər zərbə vurmalı olub.

BAKI, 3 iyul — Sputnik. Avropa çempionatının 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Sputnik apasport.az-a istinadən xəbər verir ki, yarımfinal uğrunda iki Avropa nəhəngi — Almaniya ilə İtaliya mübarizə aparıblar.

Matçın ilk hissəsi təhlükəli epizodların azlığı ilə diqqət çəkib. İkinci hissədə isə iki qol olub. Tərəflər hərəyə bir dəfə fərqləniblər. Məsut Özilin 65-ci dəqiqədə hesabı açmasından 13 dəqiqə sonra Bonuççi Jerom Boatenqin əllə oynadığına görə təyin olunan penalti ilə "status-kvo"nu bərpa edib. Qalan vaxtda və əlavə edilmiş yarım saatda başqa qol olmayınca 3-cü yarımfinalçını təyin etmək üçün penaltilərə müraciət olunub.

İtaliya yığmasının üzvü Simone Zaza irlandiyalı Darren Randolfla toqquşadan sonra əllərilə üzünü örtür - Sputnik Azərbaycan
İDMAN
Avropa çempionatında favorit komandadan acı məğlubiyyət

Əsas həyəcan isə bu zaman yaşanıb. Hər iki tərəfdən qeyri-dəqiqlik çox olduğu üçün 9 nəfər zərbə vurmalı olub. Yekunda isə Almaniya millisi 6:5 hesabı ilə qalib gələrək yarımfinala adlayan tərəf olub.

Beləliklə:

Almaniya — İtaliya — 1:1 (Pen: 6:5)

Qollar: Məsut Özil, 65 — Bonuççi, 78 (pen.)

Baş hakim: Viktor Kassai

Yan xətt hakimləri: Qyorqi Rinq, Vençel Töt

Əlavə köməkçi hakimlər: Tamas Boqnar, Adam Farkaş (hamısı Macarıstan)

Dördüncü hakim: Simon Marçinyak

 

Almaniya: 1. Manuel Noyer (k), 3. Yonas Hektor, 4. Benedikt Hövedes, 5. Mats Hummels, 6. Sami Kxedira, 8. Mesut Özil, 13. Tomas Müller, 17. Jerom Boatenq, 18. Toni Kroos, 21. Coşua Kimmix, 23. Mario Qomes

Ehtiyat oyunçular: 12. Bernd Leno, 22. Mark-Andre ter Şteqen, 2. Şkodran Mustafi, 7. Bastian Şvaynştayger, 9. Andre Şürrle, 10. Lukas Podolski, 11. Yulian Draksler, 14. Əmrə Can, 15. Yulian Veyql, 16. Conatan Tah, 19. Mario Getse, 20. Leroy Sane

Baş məşqçi: Yoahim Löv

 

İtaliya: 1. Canluici Buffon, 2. Mattia de Şilyo, 3. Corcio Kyellini, 8. Alesandro Florenzi, 9. Qraziano Pelle, 14. Stefano Sturaro, 15. Andrea Barzalyi, 17. Eder, 18. Marko Parolo, 19. Leonordo Bonuççi, 23. Emanuele Caççerini

Ehtiyat oyunçular: 12. Salvator Siriqu, 13. Federiko Marketti, 4. Matteo Darmian, 5. Angelo Oqbonna, 6. Antonio Kandreva, 7. Simone Zaza, 10. Tyaqo Motta, 16. Daniele de Rossi, 21. Federiko Bernardeski, 11. Çiro İmmobile, 20. Lorenzo İnsinye, 22. Stefan El Şaravi

Baş məşqçi: Antonio Konte

Xəbər lenti
0