BAKI, 1 iyul — Sputnik. Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2016-cı ilin iyun ayı üzrə sığorta şirkətləri haqqında işini yekunlaşdırıb. MTM-dən Sputnik-ə verilən məlumata görə, 2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda bu sektorla əlaqəli 4557 xəbər yerləşdirilib — 758 xəbərdə konkret şirkət adı çəkilib.
Bunlardan 711-i neytral, 9-u müsbət, 38-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Buta Sığorta (11 xəbər — ləğv olunması), Rəvan Sığorta (9 xəbər — müştəriləri aldatması iddiası), Dövlət Sığorta Kommersiya Şirkəti (8 xəbər — sığorta şirkətinin şəhid ailəsinə veriləcək pulu ödəməkdən imtina etməsi). Müsbət xəbərlər isə Paşa Həyat Sığorta (9 xəbər — Böyük Britaniyanın nüfuzlu şirkəti tərəfindən mükafatlandırılması) şirkətinə məxsusdur.
Xəbər sayına görə sıralama:
1. Paşa Həyat Sığorta 162 xəbər
2. Beynəlxalq Sığorta Şirkəti 78 xəbər
3. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 78 xəbər
4. Atəşgah Sığorta 58 xəbər
5. Buta Sığorta 50 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 493 xəbər dərc edilib — 55 xəbərdə hər hansı bir şirkətin adı çəkilib. Bu xəbərlərdən 2-si mənfi, 2-si müsbət, 51-i isə neytral xəbərlərdir.
Mənfi xəbərlər Alfa İnsurance (1 xəbər — sığorta şirkətinin fəaliyyətini dayandırması iddiası) və Bakı Sığorta şirkətinə (1 xəbər — vətəndaşları aldatması iddiası) məxsusdur. Müsbət xəbərlər isə Paşa Həyat Sığorta şirkətinə (2 xəbər — Böyük Britaniyanın nüfuzlu şirkəti tərəfindən mükafatlandırılması) məxsusdur.
Xəbər sayına görə sıralama:
1. Paşa Həyat Sığorta 11 xəbər
2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 xəbər
3. Beynəlxalq Sığorta Şirkəti 10 xəbər
4. Atəşgah Sığorta 5 xəbər
5. Paşa Sığorta 4 xəbər
İyun ayında televiziya kanallarında sığorta ilə bağlı 115 xəbər göstərilib — 11 neytral xəbərdə konkret şirkətin adı qeyd olunub.
Xəbər sayına görə sıralama:
1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 9 xəbər
2. Buta Sığorta 1 xəbər
3. Paşa Həyat Sığorta 1 xəbər
Radio kanallarında iyun ayında bu sektorla əlaqəli xəbər verilməyib.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.