Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Bəziləri sığortaya təhlükəsizlik təminatı kimi deyil, qazanc mənbəyi kimi baxırlar"

© Photo : Emın BunyatovStandard Insurance. Arxiv şəkli
Standard Insurance. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Aydın Rəhmanov: "Devalvasiyanın sığorta bazarına birbaşa təsiri çox da böyük deyil. Burada dolayısı təsir və perspektivdə böyük təsirdən söhbət gedə bilər"

BAKI, 2 iyun — Sputnik. Ötən il yaşanan iki devalvasiya hadisəsi bank sisteminə ciddi mənfi təsir etdi. Bəzi banklar müflis oldu, bəziləri xeyli miqdarda zərərə uğrayaraq, ixtisarlara getməli oldu.

Bəs, dolların kəskin bahalaşması, manatın dəyər itirməsi sığorta bazarına necə təsir edib? Xüsusilə sığorta şirkətlərinə qarşı bir güvənsizliyin müşahidə olunduğu dövrdə, ölkənin sığorta sistemi hansı çətinliklərlə üz-üzə qalıb? Sputnik bu kimi suallara aydınlıq gətirmək məqsədilə, "Standard İnsurance" Sığorta Şirkətinin İdarə Heyətinin sədri Aydın Rəhmanova müraciət edib.

Страхование - Sputnik Azərbaycan
Sığorta problemləri nə vaxt həll olunacaq?

- Aydın müəllim, 2015-ci ildə baş verən iki devalvasiya, əhali ilə yanaşı, bankların da durumuna ciddi mənfi təsir buraxdı. Bunun nəticəsidir ki, hazırda bank sektoru problemli kreditlər burulğanında əziyyət çəkir, eyni zamanda depozit yığımında sıxıntılar yaşanır. Bəs sözügedən devalvasiyalar və mövcud sıxıntılar sığorta bazarına necə təsir edib?

— Mən bu barədə dəfələrlə müsahibələrimdə qeyd etmişəm. Fikrimcə devalvasiyanın sığorta bazarına birbaşa təsiri çox da böyük deyil. Burada dolayısı təsir və perspektivdə böyük təsirdən söhbət gedə bilər. Belə ki, sığortaçılar xüsusən daxili bazarda fəaliyyət göstərirlər və xarici təkrar sığorta əməliyyatlarını istisna etsək, pul dövriyyəsi xüsusən milli valyutada baş tutur. Lakin xərclərin artması faktorunu nəzərə alsaq, burada həmin o dolayısı devalvasiya dediyimiz, yəni sığorta hadisələri nəticəsində dəymiş zərərlərin kəskin artması ortaya çıxır. Nəqliyyat vasitələrinin kasko sığortasında və ya nəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortasında ehtiyyat hissələrinin, əmlak sığortasında təmir-tikinti materiallarının, tibbi sığortada dərman və tibb ləvazimatlarının əsasən idxal olma səbəbindən qiymətlərinin artması, nəticədə sığorta xərclərinin artmasına gətirib çıxardır. Nə qədər sığortaçılar digər inzibati xərcləri optimizasiya edərək zərərliliyin ehtimal olunan artımının qarşısını almağa çalışsalar da, bu, kifayət qədər mürəkkəb məsələdir.

- Məsələn avtomobillərin icbari sığortası sahəsində, ötən illərlə müqayisədə, hazırda hansısa problemlər yaşanırmı?

Üzümçülük təsərrüfatı. Arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bizdə aqrar sığorta niyə "işləmir"?

— Burda da qeyd etmək lazımdır ki, devalvasiyanın təsiri az olmayıb. Sığorta haqlarının toplanmasında və yenə də xərc məsələlərində. Baxmayaraq ki, ümumi sığorta bazarında artım müşahidə olunur, bu, kəmiyyət göstəricisidir. Keyfiyyətcə isə vəziyyət o qədər də ürəkaçan deyil. Görüləsi çox işlər qalıb hələ. Son zamanlar sığortalılar sığortadan təhlükəsizlik təminatı və ya zərərin kompensasiyası kimi yox, qazanc mənbəyi kimi istifadə etməyə çalışırlar. Təbii olaraq bu cür hallar hər zaman yaşanır. Sadəcə olaraq, son zamanlar bu cür hallar, əfsus ki, üstünlük təşkil etməyə başlayıb.

- Zaman-zaman sürücülər Azərbaycanda sığorta sisteminin etibarsızlığından gileylənirlər. Yəni, sığorta pulunu ala bilməmələrindən, qismən aldıqlarından, yaxud süründürməçilikdən şikayətçi olurlar. Bu güvənsizliyin kökündə nə dayanır və bu problemi necə həll etmək olar?

— Öncəki sualın cavabında qeyd etdiyim kimi, bunun kökündə daha çox sığortadan qazanc əldə etmək prinsipi dayanır. Yəni təkrar da olsa, qeyd edirəm ki, əksər hallarda əfsuslar olsun, sığortaya bir qazanc mənbəyi kimi baxılır. Bunun da təbii, bir çox səbəbləri var. Burada maddi durumdan gileylənməklə yanaşı, təbliğatın az olmasını və məlumatsızlığı qeyd etmək lazımdır. Sığortanın nə olduğunu, nə üçün olduğunu, hansı məqsədə qulluq etdiyini tam şəkildə əhaliyə çatdırmaq lazımdır. Əlavə olaraq isə, sığortaçılar öz birbaşa missiyalarına kölgə salan əməllərindən vaz keçməlidirlər. Sığorta bazarında həm sığorta qabağı — satış, həm də sığorta sonrası — zərərlərin ödənilməsi sahəsində şəffaf münasibətlər sistemi yaradılmalıdır. Hər birimiz bunun üçün əlimizdən gələni əsirgəməməliyik!

Xəbər lenti
0