Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan – dünyaya örnək ölkə

© Photo : Urek MeniashviliBakıdakı Mixael Arxangel kilsəsi
Bakıdakı Mixael Arxangel kilsəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Tam əminliklə deyə bilərik ki, tarixin hər bir dönəmində bütün məzhəblərin nümayəndələri respublikamızda qardaşcasına yaşayıblar

Anar MƏCİDZADƏ, Sputnik Azərbaycan
(Azərbaycan Yazıçılar Birliyinin və Jurnalislər Birliyinin üzvü, DQİDK-də baş məsləhətçi)

BAKI, 29 iyun — Sputnik. Əsrlər boyu öz tolerantlığı ilə dünyaya örnək olmuş Azərbaycan, bu gün də insani dəyərlərə, hüquqlara ən yüksək səviyyətə hörmət bəslənilən ölkə kimi tanınmaqdadır. Bütün bunların əsasında azərbaycanlıların hər zaman digər xalqların nümayəndələri ilə qardaşlıq, dostluq münasibətləri çərçivəsində birgə yaşaması dayanır. 

© Photo : STRAnar Məcidzadə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin baş məsləhətçisi
Anar Məcidzadə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin baş məsləhətçisi - Sputnik Azərbaycan
Anar Məcidzadə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin baş məsləhətçisi

Xalq olaraq digər azsaylı xalqlara, onların adət-ənənlərinə, tarixinə hörmətlə yanaşmış və onlara qarşı ayrı-seçkilik nümayiş etdirməmişik. Bütün bunlar mübağiləsiz olaraq tolerant olduğumuzu deməyə əsas verir.

Tolerantlıq — "göz yummaq", "dözümlü yanaşmaq" deməkdir. Amma Azərbaycanda bu termin başqa bir anlamda yaxınlaşma, birlik mənalarında özünü doğrultmaqdadır. Beləliklə, neçə əsrlərdir ki, odlar diyarı Azərbaycanda bütün xalqlar sülh və əmin-amanlıq şəraitində yaşamaqdadırlar.

Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar.

Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm Azərbaycanın həyat tərzinə çevrilib. Bunu ölkəmizdə yaşayan və Azərbaycanı öz doğma Vətəni hesab edən hər bir azsaylı xalqın, dinin nümayəndəsi də təsdiq edir. Əvvəldə də qeyd etdiyim kimi, Azərbaycan tarixən digər xalqların pənah gətirdiyi, yaşadığı ölkələrdəndir. Buna dair aşağıdakı bir neçə misalı göstərmək olar.

Yəhudilər Azərbaycan ərazisinə e.ə. VI əsrdə gəliblər. Hazırda ölkəmizdə yəhudilərin dini ibadət yeri olan 6 sinaqoq fəaliyyət göstərir. Bu yerdə onu da xatırlatmaq yerinə düşər ki, 2011-ci ildə dağ yəhudilərinin sinaqoqu dövlət hesabına inşa olunmuşdur. Hazırda respublikamızın müxtəlif şəhər və qəsəbələrində minlərlə yəhudi yaşamaqdadır. Bundan əlavə, iki ümumtəhsil yəhudi məktəbi fəaliyyət göstərməkdədir.

Xristianlığa gəlincə, bu din Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. Hazırda respublikamızda 12 kilsə fəaliyyət göstərir. Hazırda ölkəmizdə yaşayan xristanların sayı 200.000-dən artıqdır. Onlar ümumi əhalinin təxminən 2%-ni təşkil edirlər. Azərbaycanda xristianlığa etiqad edənlər əsasən rus, yunan, gürcü, belarus və s. millətlərin nümayəndələridir.

Bu məbəddə əvvələr də xristian və müsəlmanlar ibadət edirdilər - Sputnik Azərbaycan
Azərbaycanın bu bölgəsində müsəlmanlarla xristianlar birgə ibadət edirlər

Azərbaycan İslam ölkəsi və dövlətin din sahəsinə qayğısı:

Müstəqil Azərbaycanda müsəlmanlar ölkə əhalisinin 96%-ni təşkil edirlər. İslam dini ölkəmizdə təkcə ibadət ediləcək inanclar sistemi deyil, eyni zamanda xalqımızın mədəniyyətinin tərkib hissəsidir. Odlar ölkəsində İslam hələ VII əsrdə yayılmağa başlamışdır.

Tam əminliklə deyə bilərik ki, həm tarixən, həm də bu gün bütün məzhəblərin nümayəndələri respublikamızda qardaşcasına yaşamaqdadırlar. Yəni ölkəmizdə nə tarixən, nə də müasir dövrümüzdə (Yaxın Şərqdə dini-siyasi münaqişələrin baş verməsinə rəğmən) məzhəblərarası qarşıdurma baş verməyib. Bütün bunlar ondan irəli gəlir ki, biz öz dini dəyərlərimizə də hörmətlə yanaşmağı bacarırıq.

Kürmük oba bayramı ildə iki dəfə — may və noyabr aylarında qeyd olunur - Sputnik Azərbaycan
FOTO
Həm müsəlmanların, həm də xristianların özününkü saydığı bayram
Şərqlə Qərbin qovşağında yerləşən və hər iki mədəniyyəti özündə birləşdirən Azərbaycanda Cənubi Qafqazın ilk məscidi (Şamaxı Cümə məscidi) fəaliyyət göstərməkdədir. Bu gün Azərbaycan dövlətinin vəsaiti hesabına onlarla məscid inşa edilib və ya əsaslı təmir olunub. Təsadüfi deyil ki, respublikamızda iki mindən artıq məscid fəaliyyət göstərir.

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,5 milyon manat ayrılması dövlətimizin din sahəsinə diqqət və qayğısının bariz nümunəsidir.

Beləliklə, Azərbaycanda onlarla azsaylı xalqların nümayəndələrinin yaşaması, 2 mindən artıq məscidin, 12 kilsənin, 6 sinaqoqun fəaliyyət göstərməsi Odlar Yurdu Azərbaycanın dünya üçün örnək olduğunu deməyə tutuarlı əsasdır.

Xəbər lenti
0