CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın bu bölgəsində müsəlmanlarla xristianlar birgə ibadət edirlər

© Sputnik / Shahperi AbbasovaBu məbəddə əvvələr də xristian və müsəlmanlar ibadət edirdilər
Bu məbəddə əvvələr də xristian və müsəlmanlar ibadət edirdilər - Sputnik Azərbaycan
Abunə olmaq
Qax rayonunun Zərnə kəndində yerləşən qədim alban məbədi, dini mənsubiyyətindən asılı olmayaraq, bütün sakinlər üçün müqəddəs məkandır. Eramızın I-III əsrlərində tikildiyi ehtimal edilən məbəd turistlər üçün də unikal məkan sayıla bilər.

Şahpəri ABBASOVA, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. Siz heç gördünüzmü ki, iki başqa dini paylaşan toplumlar eyni məbədə getsinlər və eyni tərzdə, lakin hərə özünə aid olan dildə dua etsin, şam yandırsın? Əgər siz Azərbaycanın zəngin tarixə malik Qax rayonuna getsəydiz, görərdiniz ki, insanlar gen yaddaşı ilə onlara ötürülən dini inanclarını necə mübahisəsiz olaraq paylaşırlar.

Azərbaycan xalqının formalaşmasında öz tarixi missiyalarını yerinə yetirmiş albanlar özlərindən sonra xeyli maddi-mədəni abidələr qoyub gediblər. Bunun ən bariz nümunələri isə albanların xristianlığın meydana gəldiyi ilkin və orta dövrlərdə ölkəmiz ərazisində mövcud olan möhtəşəm dövlətdə — Qafqaz Albaniyasında inşa etdikləri qədim kilsələr, məbədlərdir.

Azərbaycanın bir sıra bölgələrində, daha çox şimal-qərb regionunda belə abidələr üstünlük təşkil edir. Qax rayonu ərazisində isə belə abidələrin sayı xüsusilə çoxdur. Bunlardan biri də eramızın I-III əsrlərində tikildiyi ehtimal edilən, Albaniya dövrünə aid olan və hazırda yaşayış sahəsindən xeyli uzaqlıqda, əhalisini azərbaycanlılar və ləzgilər təşkil edən Zərnə kəndi ərazisində yerləşən məbəddir.

Yaşlı kənd sakinlərinin sözlərinə görə, bu məbəddə əvvələr də xristian və müsəlmanlar ibadət edirdilər. Sözügedən məbəd hələ də yerli sakinlərin inanc yeridir.

© Sputnik / Shahperi AbbasovaХрам албанской эпохи, расположенный в селе Зарна Гахского района
Храм албанской эпохи, расположенный в селе Зарна Гахского района - Sputnik Azərbaycan
Храм албанской эпохи, расположенный в селе Зарна Гахского района

"Biz hələ uşaq olanda yaşlılar bu məbədə gedir, dua edir, nəzir verirdilər. Xüsusi günlərdə isə məbədə axışanların sayı-hesabı olmazdı. Yadımdadır, artıq dünyasını dəyişmiş qocalarımız da danışırdılar ki, onların nənə-babaları da bu məbədə sitayiş ediblər", —deyə Zərnə kənd məktəbinin direktoru Zəminə xanım Sputnik-in əməkdaşına bildirib.

Onun sözlərinə görə, Sovet İttifaqı dağılandan sonra ölkəmizdə İslama qayıdış baş verdi: "Amma bu günə kimi də qədim alban məbədinə gedib dua etməyə müsəlmanlara heç nə mane olmur. Biz müsəlman-xristian bilmədən, bu məbədə müqəddəs ocaq kimi baxırıq. İndi başqa dinləri paylaşsaq da, alban məbədləri bizə tariximizin, soy-kökümüzün, yaşam tərzimizin bir olduğunu pıçıldayır".

Lakin kənd sakinlərini narahat edən bir başqa məqam da var. Bu məqam sözügedən alban kilsəsinin tarixi abidə olduğunu sübüt edən heç bir nişanənin qoyulmamasıdır.

Direktorun dediyinə görə, bu qədim tarixi abidələr ölkəmizə axın edən turistlərin də diqqətini cəlb edir, onlarda tariximiz, mədəniyyətimiz və tolerantlıq ənənələrimiz haqqında dolğun təsəvvür yaradır: "Bu abidələrin mövcudluğu və çağdaş dövrümüzədək qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi bir daha sübut edir ki, Azərbaycan xalqı və dövləti tarixən dini müstəvidə də tolerantlığın, dözümlülüyün, xoşgörünün ən yüksək səviyyəyə çatdırılmasına nail olub".

© Sputnik / Shahperi AbbasovaХрам, как полагают, был построен в I-III веках
Храм, как полагают, был построен в I-III веках - Sputnik Azərbaycan
Храм, как полагают, был построен в I-III веках

"Hər halda Mədəniyyət və Turizm Nazirliyi təbiətin bütün şıltaqlıqlarına dözərək əsrlərdən keçib bu günümüzə gələn bu tarixi abidələri gözardı etməməlidir. Bura gələnlər bilməlidir ki, biz öz tariximizə, əcdadlarımızın bizə qoyub getdiyi mirasa sahib çıxmağı yaxşı bacarırıq", — deyə Zəminə müəllimə bildirir.

Qeyd edək ki, Azərbaycan etnik və dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup sülh şəraitində, birgə yaşayışın, etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin və mədəni mübadilənin mükəmməl nümunəsini beynəlxalq ictimaiyyətə sərgiləyir.

Hər halda Azərbaycana yaxından bələd olan əcnəbilər də etiraf edirlər ki, kilsənin, sinaqoqun və məscidin bir arada, yan-yana olduğu ikinci ölkə tapmaq çətindir. Bununla yanaşı ölkə ərazisində yerləşən müxtəlif dinlərə aid qədim və unikal abidələr, məbədlər, səcdəgahlar həm dövlət, həm də cəmiyyət tərəfindən həssaslıqla qorunur. Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər aidiyyatı qurumlar Qaxdakı bu abidələri gözardı etməməli, ona sahib çıxmalıdırlar.

Xəbər lenti
0