Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qadın cüdoçumuz Avropa çempionu oldu

© Photo : Azərbaycan Cüdo Federasiyası Veteran cüdoçularımız Avropa çempionatını komanda hesabdında 3-cü başa vurdular
Veteran cüdoçularımız Avropa çempionatını komanda hesabdında 3-cü başa vurdular - Sputnik Azərbaycan
Abunə olmaq
30-40 yaş arası idmançılardan ibarət olan Azərbaycan millisi çempionatda komanda hesabında 3-cü yeri tutub

BAKI, 28 iyul — Sputnik. Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilib. Azərbaycanı 15 veteran idmançı təmsil edib. Onların 1-i qadın, 14-ü kişi cüdoçudur.

Boks. Arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
Üç boksçumuz Rio Olimpiadasına lisenziya qazanıb

Azərbaycan millisinin, çempionatda 30-40 yaş arası mübarizə aparan cüdoçuları komanda hesabında 3-cü yeri tutublar. Yeganə qadın veteran cüdoçumuz Zülfiyyə Hüseynova 70 kq çəki dərəcəsində bütün rəqiblərinə yenə də aman verməyərək qalib kürsüsünə yüksəlib.

Beşqat Avropa çempionu Sputnik-ə açıqlamasında bildirib ki, qələbəni Qarabağ müharibəsinin şəhid və qazi hərbçilərinə həsr edib: "25 iyunda döyüşdüm və qələbə qazandım. Qələbəmi bütün şəhidlərə və əsgərlərimizə həsr edirəm. Hər kəs öz sahəsində bacardığı qədər ordusuna dəstək olmalıdır".

Xatırladaq ki, Avropa çempionatında 60 kq çəki dərəcəsində çıxış edən Vüqar Hüseynov bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. Vüqar Budaqov (73 kq) və Fərhad Rəcəbli (90 kq) də eyni qələbəyə imza atıblar. Həmçinin, Zaur Bağırov (+100) ağırçəkililər arasında rəqib tanımayıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Müşviq Cəfərov isə gümüş medala sahib olub. Digər təmsilçilərimiz — Tariyel Məmmədov (60 kq) 5-ci, Mübariz Pənahov (100 kq) isə 7-ci yeri qazanıb.

Xəbər lenti
0