Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan sentyabrda şahmat dünyasının diqqətində olacaq

© Photo : Alberto ZeppilliŞahmat oyunu. Arxiv şəkli
Şahmat oyunu. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yığmamızın üzvləri Qəbələdə ilk təlim-məşq toplanışını başa vurublar

BAKI, 27 iyun — Sputnik. Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri Qəbələdə ilk təlim-məşq toplanışını başa vurub. Bu barədə Bakı Şəhər Olimpiadasının mətbuat xidmətindən Sputnik-ə məlumat verilib.

Komandanın liderlərindən olan Şəhriyar Məmmədyarov hazırlıqların komandaya böyük təsir göstərəcəyini deyib: "Təlim-məşq toplanışını yüksək qiymətləndirirəm. Yığma üzvlərinin birgə hazırlıq keçməsi müsbət haldır. Bildiklərimizi bir-birimizlə bölüşürük. Rəqiblər haqda müzakirələr aparırıq, debütlər barədə danışırıq. Fikrimcə, hazırlığın milliyə çox böyük faydası olacaq. Milli komandanın üzvləri il ərzində xaricdə çoxlu sayda beynəlxalq turnirlərdə iştirak edir. Ona görə ünsiyyətimiz az olur".

Şahmat lövhəsində fiqurların düzülüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
"Bakı Şahmat Olimpiadası şahmat dünyasının əsas yarışıdır"

"Hər bir şahmatçı Bakı Şahmat Olimpiadasının məsuliyyətini dərk edir. Gözəl məkanda hazırlıq keçdik. Hətta idmanla məşğul olmağa da vaxtımız oldu. İnanıram ki, zəhmətimiz bəhrəsini verəcək. Əsas məqsəd millinin Bakı Şahmat Olimpiadasına hazır olmasıdır. Yığma üzvləri böyük həvəslə yarışa hazırlaşır. Doğma paytaxtımızda bizə inanan insanların ümidini doğrultmaq istəyirik", — Ş. Məmmədyarov bildirib.

Dünyaca məşhur şahmatçımız Teymur Rəcəbov isə təlim məşq toplanışını belə qiymətləndirib: "Bakı Şahmat Olimpiadası Azərbaycanda keçirilən ən böyük idman yarışlarından biridir. İdman ölkəsi kimi tanınan Azərbaycan sentyabrda şahmat dünyasının diqqətində olacaq. 42-ci Ümumdünya Şahmat Olimpiadası həm də gənc nəslin şahmata olan marağını artıracaq. İlk hazırlıq mərhələsi yaxşı keçdi. Mötəbər yarışın yüksək səviyyədə keçiriləcəyinə şübhə yoxdur. Şahmatçı kimi biz millimizin layiqli çıxış etməsi üçün çalışacayıq".

İdmançımız Arkadi Naydiç komandanın ideal vəziyyətdə olduğunu bildirib: "Milli üzvləri üçün ideal şərait yaradılıb. Qəbələdəki hazırlıq komandamıza çox faydalı oldu. Açılışlar, debüt və müxtəlif kombinasiyaları müzakirə etdik. Əsas komandaya böyük ümid bəsləndiyini bilirik. Məhz buna görə olimpiadaya ciddi hazırlıq gedir. Bakı Şahmat Olimpiadasında bizi güclü rəqabət gözləyir. Şahmatçılar buna hazır olmalıdır".

Şahmatçımız Eltac Səfərli də məşqlərdən razı qaldığınl dilə gətirib: "Qəbələdə ilk hazırlıq başa çatdı. Məşqdən çox razı qaldım. Həm məşq, həm də idmanla məşğul olmaq üçün gözəl şərait yaradılmışdı. Qarşıda bizi daha iki hazırlıq gözləyir. Fikrimcə avqustun sonuna yaxın yığma Bakı Şahmat Olimpiadasına tam hazır olacaq".

Rauf Məmmədov isə bu yarışın rəqabətə görə fərqli olacağınl bildirib.: "Hazırlıq planına əsasən üç təlim-məşqimiz olacaq. İlk belə hazırlıq Qəbələdə keçdi. Etyen Bakronun rəhbərliyi altında debütlər, açılışlar və müxtəlif gedişləri müzakirə etdik. Bakı Şahmat Olimpiadası əvvəlki yarışlardan rəqabətə görə fərqlənəcək. Doğma şəhərimizdə çıxış etdiyimiz üçün məsuliyyət daha çoxdur. Layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik".

Xəbər lenti
0