Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Formula 1 geyimləri satışa çıxarıldı

© Sputnik / Murad OrujovFormula 1
Formula 1 - Sputnik Azərbaycan
Abunə olmaq
Müxtəlif ölçü, rəng və dizaynda olan geyim məhsullarına corab, günəşlik, qısaqol köynək və papaqlı gödəkçələr daxildir

BAKI, 24 iyun — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən bu il Azərbaycanda ilk dəfə keçirilən Formula 1 Avropa Qran Prisi üçün hazırlanan və yarış həftəsindən etibarən alıcılara təklif olunan məhsulların satışı əməliyyat şirkətinin Park Bulvar alış-veriş mərkəzində yerləşən ticarət köşkündə davam etdirilir. Bakı Şəhər Haqlasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, üzərində Formula 1 və Bakı Şəhər Halqası loqotiplərinin əks olunduğu bu məhsullar həmin köşkdə ilboyu satışda olacaq.

Bakı şəhərindən bir görünüş - Sputnik Azərbaycan
Bakıda belə sürət görünməmişdi

Müxtəlif ölçü, rəng və dizaynda olan geyim məhsullarına corab, günəşlik, qısaqol köynək və papaqlı gödəkçələr daxildir. İki yaşdan etibarən bütün yaş qruplarının istifadəsi üçün hazırlanmış bu məhsulların qiyməti 15 — 110 manat arasında dəyişir.

Bundan başqa, Formula 1 azarkeşlərinə 75 manat dəyərində bel çantası ilə yanaşı müxtəlif növ aksesuarlar da təklif olunur. Qulaq tıxacı, avtomobil üçün stiker, qələm, açarlıq, dəftər, fləşkard və "iphone" markası üçün telefon üzlüklərindən ibarət aksesuarların qiyməti müvafiq olaraq 2 manatdan 30 manatadək dəyişir.

Qeyd edək ki, Avropa Qran Prisi məhsulları sadəcə Park Bulvar alış-veriş mərkəzindəki köşkdə satışdadır. Bu ticarət köşkü həftənin hər günü saat 10:00-dan 22:00-dək fəaliyyət göstərir.

Xəbər lenti
0