CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda belə sürət görünməmişdi

© Sputnik / Murad OrujovBakı şəhərindən bir görünüş
Bakı şəhərindən bir görünüş - Sputnik Azərbaycan
Abunə olmaq
Həyacan bitdi. Azərbaycan paytaxtı böyük sınaqdan üzüağ çıxmağı bacardı.

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Uzunmüddətli hazırlıq prosesi və gərgin çalışmalardan sonra, nəhayət ki, paytaxt Bakıda Formula 1 Avropa Qran-Prisi baş tutdu. Hazırlıqlar yüksək səviyyədə həyata keçirilmişdi. Komandalar üçün xüsusi yerlər və bolidlərin saxlanması üçün düzəldilən qarajlar göz oxşayırdı.

Bakıda GP2 seriyasının 12-ci mövsümünün Bakı mərhələsinin sərbəst yürüşləri baş tutub - Sputnik Azərbaycan
İDMAN
Formula 1 üzrə Avropa Qran Prisinə start verildi

İşçi heyətinin həyəcanı simalarından hiss olunsa da, jurnalistlərin üzünə gülümsəyərək həyəcanlarını gizləməyə çalışırdılar. Dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər də yarışmanı operativ və daha geniş şəkildə dünyaya çatdırmaq üçün var gücləri ilə çalışırdılar.

Formula 1-ə dəstək xarakterli GP2 yarışması da uğurlu sayıla bilər. Amma etiraf etmək lazımdır ki, GP2 Formula 1 qədər nə məşhurdur, nə də tamaşaçılar tərəfindən ona maraq güclüdür. Qeyd edək ki, Bakıda keçirilən Formula 1-də yarışan bolidlərin maksimal sürəti saatda 360 km təşkil edirdi.

Yerli əhalinin və xarici turistlərin yarış günlərində asudə vaxtlarını səmərəli keçirmələri üçün, Dənizkənarı Milli Parkda müxtəlif əyləncə məkanları qurulmuşdu. "F1 kəndi" adlanan ərazidə yaradılan əyləncə məkanları insanlara gözəl anlar yaşadırdı. "F1 kəndi"ndə 3D ilə yerdə çəkilən şəkil hamının marağına səbəb olurdu.

Burada milli adət-ənənələrimizi qoruyan kiçik guşədə milli geyimlərimizi tapmaq olardı. Kəlağayılar, milli geyimlər, papaqlar, xurcunlar turistlərin marağını cəlb etmişdi. Eyni zamanda rəssam xanımlar yarışa baxmağa gələnlərin üzlərinə xınadan rəsmlər çəkirdilər.

Əyləncə məkanında xüsusi musiqi səhnəsi də qurulmuşdu. Burada yerli musiqi qruplarının səsləndirdiyi mahnılar turistlərin marağını çəkirdi. Əyləncə məkanında hər kəs simulyatorlarda Formula 1 həyəcanını özü yaşaya bilirdi.

Sadəcə bir "əmma" var idi. Belə ki, simulyator sürmək istəyən insan, bunun üçün, Formula 1-də iştirak edən komandaların brend geyimlərini satan satış guşələrindən, ən azı 60 manatlıq alış-veriş etməli idi. Həmin dükanlarda ən ucuz geyim "kepka" idi — 25 manata. Əksər geyimlərin qiyməti 50-900 manat arasında dəyişirdi.

© Sputnik / Murad OrujovBakı Formula 1 Avropa Qran-Prisi.
Bakı Formula 1 Avropa Qran-Prisi - Sputnik Azərbaycan
1/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
© Sputnik / Murad OrujovBakı Formula 1 Avropa Qran-Prisi.
Bakı Formula 1 Avropa Qran-Prisi - Sputnik Azərbaycan
2/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
© Sputnik / Murad OrujovBakı Formula 1 Avropa Qran-Prisi.
Bakı Formula 1 Avropa Qran-Prisi - Sputnik Azərbaycan
3/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
© Sputnik / Murad OrujovBakı Formula 1 Avropa Qran-Prisi.
Bakı Formula 1 Avropa Qran-Prisi - Sputnik Azərbaycan
4/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
© Sputnik / Murad OrujovBakı Formula 1 Avropa Qran-Prisi.
Bakı Formula 1 Avropa Qran-Prisi - Sputnik Azərbaycan
5/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
© Sputnik / Murad OrujovBakı Formula 1 Avropa Qran-Prisi.
Bakı Formula 1 Avropa Qran-Prisi - Sputnik Azərbaycan
6/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
© Sputnik / Murad OrujovBakı Formula 1 Avropa Qran-Prisi.
Bakı Formula 1 Avropa Qran-Prisi - Sputnik Azərbaycan
7/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
© Sputnik / Murad OrujovBakı Formula 1 Avropa Qran-Prisi.
Bakı Formula 1 Avropa Qran-Prisi - Sputnik Azərbaycan
8/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
© Sputnik / Murad OrujovBakı Formula 1 Avropa Qran-Prisi.
Bakı Formula 1 Avropa Qran-Prisi - Sputnik Azərbaycan
9/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
© Sputnik / Murad OrujovBakı Formula 1 Avropa Qran-Prisi.
Bakı Formula 1 Avropa Qran-Prisi - Sputnik Azərbaycan
10/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
1/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
2/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
3/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
4/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
5/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
6/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
7/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
8/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
9/10
Bakı Formula 1 Avropa Qran-Prisi.
10/10
Bakı Formula 1 Avropa Qran-Prisi.

Digər hissədə axşam əyləncəsi üçün böyük səhnə qurulmuşdu. İnsafla demək lazımdır ki, hər kəs mədəni istirahətini edir, heç kim digərinə mane olmurdu. Eyni zamanda, pilotlar fərqli zamanlarda pərəstişkarları ilə görüşüb, avtoqraf verirdilər.

Axşam konsertlərinin başlanma saatı biletlərdə 20:00 göstərilsə də, konsert 21:30-da başladı. Kris Braun, Enrike İqlesias və Farrell Uilyamsın konserti maraqla qarşılandı və uğurlu keçdi. Hər kəs mənəvi zövq alırdı.

Formula 1 bayramı xaricilərin Bakıya olan marağını da artırıb. Sputnik əməkdaşı ilə söhbət zamanı yapon turist Formula 1 idman növünü çox sevdiyini və fürsət düşdükcə, bütün yarışları izlədiyini bildirdi.

Yusif Səfərov küçəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Formula-1 ilə əlaqədar bağlanmış küçələr nə vaxt açılacaq?

Ümumiyyətdə xarici turistlərin bu idman növünə böyük maraq göstərdiyinin şahidi olduq. Ümumilikdə Formula 1 səviyyəsinə görə digər yarışlardan fərqlənirdi. Bu idman növünün izləyicilərinin daha sakit və intellektual olduqlarını hiss etmək çox da çətin deyildi.

Yarışın açılış mərasimi də fərqli və gözəlliyi ilə bu yarışın tarixinə düşə bildi. Adətən Formula 1 yarışlarının açılışı qısa və proqramsız olur. Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin açılış proqramında isə milli atributlardan, klassik musiqilərimizdən istifadə olundu və bununla bir daha Azərbaycan həqiqətlərini dünyaya çatdıra bildik.

Xəbər lenti
0